Previous Next
Bağla

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021 19:01
Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

Azərbaycanda səfərdə olan Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub.

ASC-dən Xeberler.az-a bildirilib ki, səfər çərçivəsində Sərdar Hüseyin Yıldırım “Azərkosmos”un nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verilib.

Görüş əsnasında Türkiyənin Kosmik Agentliyi tərəfindən Türkiyənin Milli Kosmik Proqramının strateji hədəfləri, o cümlədən yerli kosmik uçuş aparatlarının istehsalı, 2023-cü ildə Aya eniş planı və 2028-ci ildə ilk Türkiyə vətəndaşının kosmosa göndəriləcəyi qeyd olunub. 2018-ci ilin dekabrında qurulan Türkiyə Kosmik Agentliyi Türkiyədə kosmik sahədə fəaliyyət göstərən bütün şirkətləri özündə birləşdirir.

İlk rəsmi xarici səfərini Azərbaycana edən Türkiyə Kosmik Agentliyinin prezidenti kosmik sahədə qardaş ölkə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”in idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos”a səfər

11-10-2018

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

29-04-2022

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

25-09-2018

CanSat Azərbaycan 2018 müsabiqəsi başa çatıb

01-10-2018

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə