İlk dəfə olaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili vəsaiti hesabına “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub və tələbələr öz ideyalarını sınamaq, inkişaf etdirmək və startap kimi formalaşdırmaq imkanı qazanıblar.
Xeberler.az məlumat verir ki, tələbələr tərəfindən təqdim olunan layihələr müsahibə mərhələsində dəyərləndirilib və nəticədə 9 startap ideyası qalib seçilib.
Qalib komandalar UNEC rektoru professor Ədalət Muradov ilə görüşərək, layihələri və gələcək planları barədə müzakirə aparıblar.
Görüş zamanı professor Ədalət Muradov tələbələrin ideyalarının real layihələrə çevrilməsini universitet üçün vacib istiqamət kimi qiymətləndirib və tələbə startaplarının sayının artırılmasının UNEC-in əsas prioritetlərindən biri olduğunu vurğulayıb: “Bu müsabiqə tələbələri yaradıcı düşünməyə, risk etməyə, yeni ideyaları sınaqdan keçirməyə, səhv etməkdən çəkinməməyə və sahibkarlıq dünyası ilə erkən tanış olmağa təşviq edən və dəstək göstərən bir platformadır”, - deyə rektor bildirib. O, tələbələrin yeni düşüncələrinə və təşəbbüslərinə dəstəyin davamlı olacağını qeyd edib.
Qalib komandalar üçün daha bir vacib addım da atılıb. Belə ki, layihələrə “StartUp” şəhadətnaməsinin alınması və müəlliflik hüquqları ilə bağlı sənədlərin əldə olunmasına dəstək göstərilməsi barədə rektor tərəfindən müvafiq tapşırıq verilib.
Tələbələr ideyalarına göstərilən dəstəyi yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin onların özlərinə inamını artırdığını, gələcək planlarını daha aydın görmələrinə kömək etdiyini və onlarda real biznes düşüncəsi formalaşdırmaq üçün mühüm fürsət yaratdığını bildiriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları