Bəzən işlərimizin çox olmasından özümüzə vaxt ayıra bilmirik, daha doğrusu vaxtı düzgün müəyyənləşdirib əlavə işlərə diqqət edə bilmirik. Sosial cəmiyyətdə istəklər, arzular çox, imkanlar isə bəzən vaxtı düzgün bölməyə şərait yaratmır. “Proqressiv şahmat” oyununun ixtiraçısı Aygün Əliyeva yeni maraqlı layihə hazırlayıb. Belə ki, yeni “Vaxtın təkmilləşdirilməsi haqqında sosial çarx” insanlara vaxtlarını düzgün və səmərəli istifadə etmələrinə imkan yaradacaq. Layihə rəhbəri Aygün Əliyeva çarxın fəaliyyətləri və özəllikləri ilə bağlı Xəbərlər-in suallarını cavablandırıb.
-Aygün xanım, maraqlıdır layihənin ideyası necə yarandı?
-2007-ci ildə məktəbli qəzetində jurnalist kimi işləyirdim. Həmin vaxt Dünya təqvimləri haqda yazı hazırlayırdım. Bunun üçün araşdırmalar aparırdım. Təqvimlərdə fərqliliyi anlayıb bir neçə qüsurları gördüm. Yazı elmi dildə yazıldığına, həddindən artıq çətin olduğuna görə redaktədən keçmədi və nəşr olunmadı. Bu hadisə mənim yadımda qaldı. 2014-cü ildə QHT yanında Dövlət Dəstəyi Şurası “Vaxtın təkmilləşdirilməsi haqqında sosial çarxın çəkilməsi” üçün vəsait ayırdı. Mənim üçün bu bir imkan yaratdı ki, vaxtla bağlı əlavə fikirləşdiyim hesablamaları da ortaya çıxarım. Qısa müddət ərzində sosial çarx çəkildi, mövqeli təqvim yarandı və bir müddət sonra alternativ saat hazırlandı.
- Alternativ saatın özəllikləri nələrdir? Sizcə, bu, istifadəçilərə hansı imkanları verəcək?
-Zaman təbii şəraitdən və insanın təbiətindən asılı olan gerçəkliyi əks etdirir. Mövqeli təqvim zamanın hesablanmasının yeni modelidir, yəni vaxtın müasir zamana görə hesablanmasının yeni modelidir.
Vaxtın müasir hesablanmasının qüsurlarını korreksiya edir və bu əsas da vaxtın hesablanmasının daha mükəmməl modelini təklif edir. Mövqeli təqvim Aysal təqvimini Avropa üslubuna çevirir. Həmişəki kimi əsas bölmələri gün, ay və ildir. Aysal təqviminə görə, hər ay 28-30 gündən ibarət ola bilər. Hər Ay həftələrə bölünür. Lakin həftənin hər günü müəyyən qaydaya salınıb. Ayın ilk günü mütləq həftənin ilk günü ilə üst-üstə düşür və ayın axırı mütləq həftənin sonuna çatır. Belə ardıcıllıq vaxtı daha yaxşı planlaşdırmaq və səmərəli idarə etməyə imkan yaradır. Alternativ saatda, məsələn, ayın 7-si hər zaman bazar günü olur və ya ayın 25-i mütləq cümə axşamına düşür. Fikirləşirəm ki, bu cür dəyişiklər gerçəkliyi daha dəqiq və qüsursuz əks etdirir. Gün ərzində, sutkada 20 saat sərf olunur. Bir saatda 50 dəqiqə, bir dəqiqədə 100 saniyə zamanı tam yaşamağa imkan verir. İki tam ayrı hesablama sistemləri uyğunlaşdırmaq üçün saniyənin tempi bir qədər qısaldıldı. 1 saniyədə 1000 millisaniyə olduqda, alternativ saatın saniyəsində 855 millisaniyə yerləşir. Kobud şəkildə desək, 1 alternativ dəqiqə - 1,25 dəqiqəyə bərabərdir, 1 alternativ saatda 50 dəqiqə - 75 dəqiqəyə bərabərdir. Həmişə təbii vaxtın ölçü vahidi sutka olub. Sutka iki hissəyə bölünür: gecə və gündüz. Sutkalar 24 bərabər hissələrə bölünüb və saat adı ilə təqvim edilib . Daha dəqiq və qısa ölçü vahidi üçün saat -60 bərabər hissələrə bölünüb və dəqiqə adı verilib. Dəqiqələr zaman keçdikcə yenə də 60 bərabər hissələrə bölünüb və onlara saniyə adı verilib.
-Bu sistemi haradan bəhrələnib yaratmısınız?
- Bu struktur altı onluq hesablanması sistemi adlanır. Bu sistem şumer tayfalarında hələ 4000 il eradan əvvəl mövcud idi. Mənşəyi aydın deyil. XVI əsrin, onluq kəsri başlayaraq Avropada altı onluq hesablanması sistemi tamamilə sıxışdırıb. İndi isə altı onluq hesablanma sistemi yalnız bucağı və vaxtı ölçmək üçün istifadə olunur. Əsasən, onluq sistemi istifadə olunur. Buna görə mən, onsal hesablanma sistemin əsasında yaranan, vaxtın təkmilləşdirilmiş ölçü vahidini alternativ saat kimi təklif edirəm. Hansı ki, həyatda olan ən qiymətli vaxtı daha mülayim və səmərəli keçirmək üçün imkan verir.
-Hazırki dövrdə Alternativ saatı necə dəyərləndirmək olar?
-Bir dəqiqə ərzində ürək 60-80 dəfə döyünür, orta hesabla ilə 15 dəfə nəfəs ala bilərsiniz. Amma alternativ saat bu göstəriciləri çoxaltmağa imkan verir. Nəticədə, biz vaxta qənaət edirik və qalib gəlirik. Yəqin ki, tələsən “vaxtım yoxdur” deyən çox görmüsünüz. Biz hamımız Allahdan verilən vaxtı yaşayırıq və buna görə, zaman az ola bilməz. Yalnız vaxtı rasional qurmaq olar. Alternativ saat zamanı rasional dəyərlənmək üçün yaranıb. İnsanın fiziki imkanların görə zamanın idarə edilməsi üçün faydalı. Daha dəqiq gündəlik ehtiyaclarını arxalana bilər.
-Alternativ saatın insanlara nə kimi əhəmiyyəti olacaq?
- Belə ki, əsasən bu saat idmançılar və pəhriz saxlayan şəxslərə çox yardım edəcək. İdmançılar kalori və enerjini səmərəli istifadə edə biləcəklər. Həmçinin tibbdə dərman dozasının müəyyən edilməsi də Alternativ saatla mümkündür. Saatla pəhriz saxlayanlar üçün enerji kalkulasiyasi və hər hansı bir vaxtın hesablanması, əməliyyat üçün sərfəli və rahatdır.
- Hazırda layihə hansı mərhələdədir? İstifadəsi mümkündürmü?
-Layihə yeni tətbiq olunduğuna görə ixtira inkişaf səviyyəsindədir. İstehsala hələ başlamayıb. Yəni, istifadəsi tam mümkün deyil.
-Aygün xanım, Alternativ saat ona oxşar tətbiqlərdən hansı özəllikləri ilə fərqlənir?
- Alternativ Saat və ya təkmilləşdirilmiş vaxt sistemi tətbiqlərə rast gəlməmişəm. Pəhriz üçün tətbiqlər çoxdur. Amma onlar adi vaxt hesablama sistemi ilə işləyirlər. Alternativ saatla enerjini saymaq üçün təkmilləşdirilmiş vaxt sistemindən istifadə etmək olar. Əslində, alternativ saatı gələcəkdə müxtəlif proqramların yaradılması, müxtəlif kəmiyyətlərinin hesablanması üçün istifadə edəcəyik.
Alternativ Saat-ın ilk prototipini, fəaliyyət proqramını və Windows ƏS üçün əlavə proqram təminatını İT mütəxəssis, tanınmış startapçı , “Startap Azərbaycan 2014” qaliblərindən olan Bethclip layihəsinin təsisçisi Rəşid Əliyev həyata keçirib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri