“İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda sessiya keçirilib

28-11-2025 / 16:13

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə “İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda informasiya sessiyası baş tutub. Tədbirdə dövlət qurumları və özəl şirkətləri təmsil edən insan resursları rəhbərləri, kadr mütəxəssisləri və insan kapitalı üzrə ekspertlərdən ibarət 50-dən çox iştirakçı yer alıb.

Sessiyanın əsas məqsədi insan resursları idarəçiliyində rəqəmsal xidmətlərin rolunu gücləndirmək, “mygov” platformasının təqdim etdiyi imkanlar barədə praktiki məlumat verməkdir.

Tədbir zamanı insan resursları proseslərinin rəqəmsallaşdırılması ilə təşkilatların İR heyətinin və vətəndaşların təcrübəsinin sadələşdirilməsi, eyni zamanda, işə qəbul və iş zamanı müvafiq rəsmiləşdirmə prosesləri ilə bağlı “mygov” platformasının verdiyi töhfə müzakirə olunub və təkliflər dinlənilib. Hazırda “mygov” vasitəsilə rəqəmsal formatda əldə oluna biləcək “Məhkumluq haqqında arayış”, “İş yerindən arayış”, sağlamlıq arayışı, hərbi bilet, diplom, nikah məlumatları, doğum şəhadətnaməsi və s. rəqəmsal sənədlərin təqdim olunması ilə bağlı mövcud rəqəmsal imkanlar barədə iştirakçılara ətraflı məlumatlar çatdırılıb. Bu xidmətlərin insan resursları proseslərində sürət, dəqiqlik və məlumat təhlükəsizliyi yaratması xüsusilə vurğulanıb.

Görüş çərçivəsində dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, rəqəmsal idarəetmənin inkişafı və insan resursları sahəsində innovativ yanaşmaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb.

İRİA və Azərbaycan HR İnstitutu gələcəkdə insan resursları sahəsində rəqəmsal bacarıqların artırılması və müasir həllərin tətbiqinə dəstək məqsədilə bu kimi təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə