Tədris ili başlamazdan əvvəl müəllimlər və direktorlar “Rəqəmsal məktəb” platformasından istifadə üzrə təlimlərə cəlb olunmuşdular. Hazırda da müraciətlər əsasında əlavə təlimlərin təşkili davam edir.
Xeberler.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, platformanın bütün funksionallıqları üzrə müəssisə rəhbərlərinə təlimat videoları təqdim edilib.
Agentlik əlavə edib ki, “Rəqəmsal məktəb” platformasının regionlarda daha geniş istifadəsi üçün zəruri infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Paralel şəkildə təhsil müəssisələrinin sürətli internetə çıxışı təmin olunur, fiber-optik bağlantının əhatə dairəsi isə genişləndirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları