Previous Next
Bağla

Vergi sistemi beynəlxalq standartlara uyğunlaşdırılır

25-08-2016 11:02
Vergi sistemi beynəlxalq standartlara uyğunlaşdırılır

 Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha da təkmilləşdirmək, vergi öhdəliklərini düzgün müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra metodların tətbiqinə yol açır.

Xeberler.az məlumat verir ki,  bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda qeyd edilir.

Nazirlik hesab edir ki, sərəncamda diqqət çəkən məqamlardan biri də vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi (Advance tax ruling) qaydasının tətbiqidir: 

“Həmin sistem inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər”.

“Məlum olduğu kimi, sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi nəticəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Yəni, həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, son nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də vergi ödəyiciləri tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır. Hazırda vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi üzərində iş gedir”, - deyə Nazirlikdən bildirilib

Sərəncamda öz əksini tapmış digər məsələ kameral vergi yoxlamaları ilə bağlıdır. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində aparılır. Lakin bir sıra hallarda vergi ödəyiciləri müvafiq sənədləri vaxtında təqdim etmədikdə və ya ümumiyyətlə sənədləşmən aparılmadıqda, yoxlamaların müddətinin uzanmasına səbəb olurdu. Belə halların tamamilə aradan qaldırılmasını təmin etmək üçün dövlət başçısının sərəncamı ilə kameral vergi nəzarətinin konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb. Yəni sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində həmin sahibkarlıq subyektində kameral yoxlama aparılmayıbsa, vergi orqanı həmin vergi ödəyicisində bu yoxlamanı aparmaq hüququnu itirir. Bu məqsədlə Vergi Məcəlləsinin kameral vergi yoxlamaları ilə bağlı maddələrində dəyişikliklər edilməsi nəzərdə tutulur.

"Digər vacib məsələlərdən biri vergidən yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır. Belə ki, vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək. “Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma” (Whistleblow) adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailləşdirilməsindən də geniş istifadə olunur", - deyə məlumatda qeyd olunub.

Sərəncəma əsasən, hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da yaradılır. Bu, “Könüllü vergi açıqlaması” (Voluntary tax disdosure) sisteminin tətbiqi ilə bağlıdır. Könüllü vergi açıqlaması, vergi yoxlaması üçün qanunla müyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

Mütəxəssislərin qənaətinə görə, sərəncama uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin qabaqcıl təcrübəsinin Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015

Nağdsız ödənişlərə vergi güzəştləri tətbiq olunacaq

10-08-2016

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

Vergi ilə bağlı e-xidmət təkmilləşdirilir

05-09-2015

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017

“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06-05-2025

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə