ABŞ-ın Gap Inc. şirkəti satışların azalmasıyla mübarizə aparmağa qərar verərək “Geyim otağı” (DressingRoom) əlavə reallıq proqramını yaradıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, virtual ölçmə proqramı Google ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Onlayn-ölçmə üçün istifadəçidən yalnız öz çəki və boy parametrlərini smartfona daxil etmək tələb olunur. Sonra proqram bu məlumatlar əsasında seçilmiş geyimin istifadəçiyə uyğun olub-olmadığını müəyyənləşdirir.
Ölçmənin nəticəsi istifadəçini təmin edərsə, o elə proqram vasitəsilə həmin geyimi əldə edə biləcək. DressingRoom proqramı yalnız Google Tango platforması olan smartfonlarda dəstəklənəcək ki, bu da hələ ki, Lenovo Phab2 Pro-da mümkündür.
Gap şirkətinin biznesin inkişafı və strategiyası üzrə vitse-prezidenti Cil Krakovun sözlərinə görə, DressingRoom yalnız ticarətin stimullaşdırılması yollarından biridir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri