Elektron ödəmələr üzrə dünya lideri “Visa” və “Azericard” prosessinq mərkəzi Azərbaycanda innovativ rəqəmsal ödəniş həllərinin işlənib hazırlanması məqsədilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.
Xeberler.az bildirir ki, tərəfdaşlıq çərçivəsində “Visa” və “Azericard” rəqəmsal emissiyanın inkişafı və geniş istifadəçi kütləsi üçün innovativ rəqəmsal ödəniş həllərinin yaradılması üzərində işləyəcəklər. Belə əməkdaşlıq Azərbaycanda mövcud rəqəmsal xidmətlərin çeşidini genişləndirməyə və iqtisadiyyatın rəqəmsallaşdırılmasını stimullaşdırmağa imkan verəcək.
“Yeni nəsil rəqəmsal ödənişlərin təşviqində “fintech” cəmiyyətini və tərəfdaşlarımızı dəstəkləmək “Visa” üçün strateji prioritetdir. “Azericard” ilə tərəfdaşlıq Azərbaycanda ödəniş ekosisteminin inkişafı üçün geniş perspektivlər açır və və bizə istehlakçılar üçün ən uyğun yeni rəqəmsal xidmətlər yaratmağa imkan verir”, - “Visa”nın Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroş qeyd edib.
“Visa” ilə tərəfdaşlıq sazişinin imzalanması bazar üçün unikal hadisədir və “Azericard”ın Azərbaycanın kart texnologiyaları bazarındakı liderlik statusunun növbəti təsdiqidir. Rəqəmsal ödəmə texnologiyalarının inkişafı üzrə birgə işlər təmassız nağdsız ödənişlərin inkişaf sürətini artırmağa, istifadəçilər üçün təhlükəsizlik və rahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırmağa, eləcə də nağdsız ödənişlər bazarındakı bütün oyunçular üçün yeni oriyentir halına gəlməyimizə kömək edəcək”, - “Azericard MMC”nin baş direktoru Fərid Quliyev deyib.
Qeyd edək ki, “Azericard” Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzidir və “Visa”, “MasterCard”, “American Express”, “Diners Club”, “UnionPay” və JCB beynəlxalq ödəmə sistemləri tərəfindən tam sertifikatlaşdırlıb. Hazırda “Azericard” həm Azərbaycanda, həm də xaricdə beynəlxalq ödəmə sistemlərinin üzvü olan 17 bankın kartlarına xidmət göstərir. “Azericard” müasir yüksək texnoloji layihələrin həyata keçirilməsində fəal iştirak edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri