Previous Next
Bağla

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

24-10-2024 11:36
Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul  edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Enterprise Azerbaijan” portalının Macarıstanın “Mathias Corvinus Collegium” Universiteti ilə əməkdaşlığı çərçivəsində “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross- Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) mövzusunda görüş keçirilib.

Xeberler.az bildirir ki, İİTKM-in icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı macar qonaqları qəbul edərkən Azərbaycan-Macarıstan münasibətləri, iqtisadi-ticari əlaqələr, Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət kimi iştirakının əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib və qonaqların suallarını cavablandırıb.

“Mathias Corvinus Collegium” Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin tədqiqatçısı Klementina Kozma, Beynəlxalq İqtisadiyyat Mərkəzinin koordinatoru Monika Kuznetsova və onlarla birgə Azərbaycana səfər edən 8 tələbə ölkəmizdə innovasiya və sahibkarlıq sahəsində yeniliklərə maraq göstərdiklərini ifadə ediblər. "Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva bildirib ki, macar münayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlərdə innovasiya siyasəti, vençur kapitalları və sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

Görüş zamanı İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionun mövcud investisiya mühiti, investorların cəlb edilməsi üçün çoxşaxəli dövlət dəstəyi və investisiya üçün potensial sahələr haqqında çıxış edib.

Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Gültac Əhmədzadə - Tapdıqzadə isə "Ortamüddətli xərclər çərçivəsi: Layihə İdarəetməsinə əsaslanan Proqram İdarəetməsi" (Azərbaycanın dataəsaslı idarəetməsi) haqqında məlumat verib.

Görüşün məqsədi xarici alimlərin, təcrübəli mütəxəssis və sahibkarların, eyni zamanda startapçı tələbələrin cəlb olunması ilə ölkəmizdə innovasiya siyasətinin gücləndirilməsində beynəlxalq əməkdaşlığın rolunun artırılmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

04-09-2019

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025

İİTKM-də yeni kadr təyinatları olub

20-02-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

19-05-2023

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

Pakistan iş adamları Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

04-09-2024

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019

“Enterprise Azerbaijan” portalı startap komandaları üçün intellektual yarış təşkil edib

23-10-2024

Vüsal Qasımlı Estoniyanın beynəlxalq tədris mərkəzinin rəhbəri ilə görüşüb

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə