“WhatsApp-ın istifadəsinə məhdudiyyət qoyulmayıb”- Azercell

30-06-2015 / 22:25
Azercell şirkəti WhatsApp mobil əlavəsinin istifadəsində məhdudiyyətin qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xeberler.az-ın məlumatına əsasən, Azercell-in sosial şəbəkələrdə (şirkətin Twitter, Facebook və Instagram şəbəkələrindəki rəsmi səhifəsində - red.) yaydığı bəyanatda qeyd edilib ki, Azercell tərəfindən WhatsApp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb: "Qeyd edək ki, Azercell bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır". 

Sosial şəbəkə istifadəçiləri tərəfindən bu bəyanat birmənalı qarşılanmayıb.

Bəzi istifadəçilər iddia edir ki, Azercell-in mobil internetindən istifadə edərək WhatsApp-ın zəng funksiyasından yararlanmaq olmur, halbuki, wi-fi-a qoşulan zaman problem aradan qaldırılır. Buna cavab olaraq, şirkətdən bildirilir ki, Azercell bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır.

Digər istifadəçilər də qeyd edir ki, WhatsApp-dan istifadə edərək mesaj yazmaq olur, lakin zəng etmək mümkünsüzdür.

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə