“WhatsApp” yeni funksiyanı işə salır

16-10-2021 / 14:55

WhatsApp” messenceri rezerv nüsxələri “e2ee” (“end-to-end encryption”) üsulu ilə şifrələməyə başlayıb.

Xeberler.az bildirir ki, bu barədə şirkət özünün “Twitter” hesabında məlumat yayıb.

Qeyd edək ki, tətbiq artıq “e2ee”  şifrələmədən istifadə edir. Ancaq əvvəllər telefon itdiyi və ya kiberhücum baş verdiyi zaman danışıqların “Google Disk” və ya “iCloud”da olan rezerv nüsxələri qorunmurdu.

Yeni funksiya sayəsində istifadəçi çatın ehtiyat nüsxələrini harada saxlamasından asılı olmayaraq “e2ee” şifrələməni həyata keçirə biləcək. Eyni zamanda şifrəli ehtiyat nüsxəsi üçün parol təyin etmək və ya 64 rəqəmli açar istifadə etmək olar. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə