“Wikileaks” saytında dünyaya yaydığı gizli məlumatlarla dünya gündəmini tutan Culian Assancın tanışlıq saytındakı profili ortaya çıxıb.
Wikileaksın qurucusu Culian Assanc özünün 36 yaşlı, subay, və Melbourne şəhərində yaşadığını yazıb. Sonuncu dəfə 2007-ci il, yanvarın 1-də daxil olduğu saytda siqaret və narkotik istifadə etmədiyini, yalnız başqa insanlarla birlikdə olduğu zaman içki içdiyini və ateist olduğunu yazır.
O özü haqqında xəbərdarlığı, necə birini axtardığın belə izah edir: Ağılı başında, sadə bir adam axtarırsınızsa, uzaq durun. Axtardığınız mən deyiləm. Ehtiraslı və inadçı intellektuallar eşq və uşaq üçün ovsunlayıcı bir qadın axtarırlar. Zarafatlı və əyləncəli, ağıllı, təhsilli olması şərt deyil. Dünya haqqında və sevdikləri insanlar haqqında strateji olaraq düşünə bilən bir qadın."
Assanc dyir ki, siyasi qarışıqlıqların yaşandığı ölkələrin öz duruşunu mühafizə etməyi bacaran qadınları
bəyənir. Onun fikrincə qərb mədəniyyəti qadınları dəyərsizləşdirir və axmaqlaşdırır.
“QADINSIZLIĞA DÖZƏ BİLMƏRƏM”
Ən çox diqqəti cəlb edən yanının boyunun uzunluğu olduğunu söyləyən Assanc,rus sənətçilərinin heyranı olduğunu söyləyir.O, yaşaya bilməyəcəyi iki şeydən birnin qadın ikincisinin karbon olduğunu deyir.
Davamlı dünyanı dəyişdirməyi düşündüyünü izah edən Culian Assanc, həqiqətin quruluşu, kainatın var olması və yox olması üzərinə də düşündüyünü qeyd edor.
“ASİYALI YETKİN QIZLAR ARXAMDA”
22 - 46 yaş arası qız axtardığını yazan Assanc zarafatcıl, erotik və cəmiyyət qaydalarına zidd olan birini bəyənəcəyini yazıb.
Heç kimə izah etmədiyi xüsusiyyətinin arxasındakı Asiyalı qızlar olduğunu etiraf edən Assanc, ürkək və utancaq olanlar mənə mesaj atmasın deyə əlavə edib.
Aysel Fərziyeva
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri