\"Xalq kompyuteri\" pilot layihəsinin birinci mərhələsi sona çatır.Həyata keçirilməsi dörd ay müddətinə nəzərdə tutulan pilot layihəyə aprel ayında start verilib. Pilot layihə çərçivəsində 2400 personal kompyuter satılıb, onun da böyük əksəriyyətini (90 faiz) portativ kompuyterlər təşkil edib.
Pilot layihə çərçivəsində beş min mini-nout (MiniNote), noutbuk və stolüstü kompüterlər ayrılıb. HP-nin məlumatına əsasən, satış həcminin azalması məzuniyyət və tətil dövrlərinin başlandlğı yay ayları üçün xarekterikdir, bu dövr praktiki olaraq hər zaman alıcı fəallığına mənfi təsir göstərir.
\"Xalq kompüteri\" pilot layihəsi çərçivəsində təklif edilən kompüterlər yalnız müəllimlər üçün nəzərdə tutulub. Layihə 12 ay müddətinə faizsiz, bazar qimətindən 25-40 faiz aşağı qiymətlərlə PK-nin satışını nəzərdə tutur.
Qeyd edək ki, layihəyə 10 aprel 2009-cu il tarixində start verilib. Kompüterlərin təchizatı ilə HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkətinə aiddir.
Azərbaycan hökuməti və dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilən bu layihənin məqsədi əhalinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması, yerli istehsalın genişləndirilməsi və kompüterlərin lisenziyalı proqramlarla təmin olunmasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri