“Xalq kompyuteri” layihəsi bu il başa çatır

27-03-2012 / 14:05

Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri, “HP”, “Microsoft” şirkətlərinin birgə həyata keçirdikləri “Xalq kompyuteri” layihəsi bu il başa çatacaq


“Xalq kompyuteri” daha geniş auditoriya üçün nəzərdə tutulduğu üçün layihənin vaxtı uzadılacaq.

RİTN-nin informasiya resurslarının Azərtac-a açıqlamasına görə, layihə bir sıra mühüm Dövlət Proqramlarına, o cümlədən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na tam uyğundur.

Layihənin əsas məqsədi əhalinin sosial təbəqələri üçün lisenziyalı proqramlarla təchiz edilmiş müasir komputerlərin güzəştli şərtlərlə əldə olunmasına şərait yaratmaq və bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqini genişləndirməklə rəqəmli bərabərsizliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və elektron hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

“Xalq kompyuteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə