Previous Next
Bağla

Xeberler.az Londonda məhşur texnologiyalar sərgisini ziyarət edib- Fotolar

23-01-2016 15:48
Xeberler.az Londonda məhşur texnologiyalar sərgisini ziyarət edib- Fotolar

Azərbaycanla yanaşı, dünyada texnologiya sahəsində baş verən yenilikləri öz oxucularına catdıran Xeberler.az bu dəfə Böyük Britaniyanın əsas şəhəri olan Londonda keçirilən BETT-2016 beynəlxalq sərgisini ziyarət edib.

Qeyd edək ki,  BETT – orta təhsildə texnologiyaların tətbiqi mövzusunda dünyanın ən mötəbər sərgilərindən biridir.

Sərgini hər il orta hesabla 35 min təhsillə bağlı olan mütəxəssislər, idarəçilər, məmurlar ziyarət edir. Sərgi ilk öncə b2b və b2g formatda işləyir və texnologiyaları adi insanlara deyil, bu texnologiyaları uşaq baxçalarında, məktəblərdə, universitetlərdə tətbiq edənlərə ünvanlanır.

Bu ilki sərginin əsas trendlərini nəzərinizə çatdırırıq.

Əlbəttə ki, əsas texnologiyalar sırasında interaktiv löhvələrdir. Bu texnologiya artıq son 2-3 ildə BETT sərgisində aparıcı olsa da, bu dəfə həmin texnologiyaları təqdim edən şirkətlərin sayı bir qədər azalıb. Yəqin ki, öz bazarlarını tutan şirkətlər artıq sərgidə iştirak etmək istəmir.

Bu ilin ən maraqlı trendi məktəblərdə ödəmə sistemləridir. Bu texnologiya ilə sərgidə təxminən 10-15 şirkət iştirak edirdi və onun əsas xüsusiyyəti pulsuz ödəmə sisteminin olmasıdır. Yəni elektron ödəmə kartları adi bank kartı kimi deyil, sadə desək Pay Pal-a oxşar bir sistem kimi işləyir. Bəziləri hətta pulu hətta xallarla (points) da əvəz etməyi təklif edir. Belə yanaşma məktəblərdə pul ödəməsinin aradan qaldırılmasına və daha da sadələşməsinə kömək etməyə yönəlib.

Əvvəlki illərlə yanaşı bu il Böyük Britaniyanın orta məktəb buraxılış imtahanlarına hazırlıq sisteminin məsafədən təhsil texnologiyası vasitəsilə tədrisinin təşkili üzrə şirkətlərin olması da nəzərə çarpır. Maraqlıdır ki, iri şirkətlərlə yanaşı sərgidə bu mövzu ilə başlı startaplar da iştirak edirdi. Lakin doğrudan da böyük maraq doğuran bir platforma görmədik. Standart və artıq bizim üçün adi olan texnologiyalar idi.

BETT sərgisi ənənəvi olaraq iri korporasiyaların təhsildə imiclərinin dəstəyi üzrə platformadır. Microsoft, Google, Intel kimi nəhənglər sərgi çərçivəsində müxtəlif seminarlar, təqdimatlar keçirirdi. Əsas məqsəd də məhz onların texnologiyasının təhsil üçün son dərəcə effektiv olmasını qeyd etməkdir.

Maraqlı trendlərdən biri də tablet/planşet vasitəsilə tədrisin təşkili üzrə həllərin təqdimatı idi. Bu istiqamətdə bir neçə şirkət çıxış edirdi. Qeyd etmək lazımdır ki, smartfonun təhsildə istifadəsi deyəsən hələ də sual altındadır. Hələlik əsas diqqət planşetlərədir.

Məktəb səviyyəsində proqramlaşdırmanı öyrədən müxtəlif şirkətlər də BETT-də təqdim olunub. Hətta sərgi çərçivəsində master-klasslar yaxud da yarışmalar keçirilirdi. Görünür, proqramlaşdırma tədricən orta məktəbə meyl edir və 17-18 yaşlı gənclər yaxın illərdə proqramlaşdırma səviyyəsinə görə indiki 22-23 yaşlılara bərabər olacaq. Azərbaycanda isə biz hələ  bu istiqamətdə bir nəzərə çarpan iş  yoxdur.

Sonda BETT sərgisində müxtəlif ölkələrin milli stendlərinin olmasını da qeyd etmək istərdik.

Cənubi Koreya, Rusiya, İspaniya, Norvegiya, Danimarka, BƏƏ və s. ölkələr sərgidə öz milli stendləri ilə çıxış edərək təhsildə texnologiya təqdim edən şirkətlərinə iştirak üçün şərait yaradıblar. Əlbəttə, biz də yaxın illərdə Azərbaycanı bu sərgidə görmək istərdik. Amma təəssüflər ki, qlobal dünya üçün maraqlı olan təhsil üçün texnologiyamız yoxdur.

Ümidlərimizi itirməyək!

 

 Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan texnologiya sərgisində iştirak edəcək

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015
Bakutel 2015-də  200-dən artıq şirkətin iştirakı gözlənilir

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015
Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur

Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur

18-09-2019
Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib

Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib

20-05-2016
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018
Azərbaycanda beynəlxalq təhsil və kareyra sərgisi keçirilir

Azərbaycanda beynəlxalq təhsil və kareyra sərgisi keçirilir

10-09-2009
Azərbaycanın peyk operatorunun xidmətləri Avropada sərgidə təqdim olunacaq.

Azərbaycanın peyk operatorunun xidmətləri Avropada sərgidə təqdim olunacaq.

22-08-2014
Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018
SMART SME MENA 2019 sərgisi başa çatıb

SMART SME MENA 2019 sərgisi başa çatıb

20-09-2019
Sabah Bakutel 2015 sərgisi keçiriləcək

Sabah Bakutel 2015 sərgisi keçiriləcək

01-12-2015
 Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017
“Elektron məktəb” layihəsi çərçivəsində Milli Təhsil Modeli formalaşır

“Elektron məktəb” layihəsi çərçivəsində Milli Təhsil Modeli formalaşır

13-02-2012
Chrome ilə işləyən ilk planşet hazırlanıb

Chrome ilə işləyən ilk planşet hazırlanıb

29-01-2018
Bakıda “BakuTel-2010” sərgisi açıldı

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010
Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008
Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009
Köhnə formatlı sərgilərin əhəmiyyəti xeyli azalıb

Köhnə formatlı sərgilərin əhəmiyyəti xeyli azalıb

03-11-2011
Nar BakuTel-2018 sərgisində iştirak edəcək

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018
Azexport beynəlxalq sərgidə iştirak edəcək

Azexport beynəlxalq sərgidə iştirak edəcək

20-05-2017
Azərbaycan Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

Azərbaycan Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

23-08-2019
İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

04-11-2019
“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

02-11-2016
Bakcell beynəlxalq sərgidə iştirak edir

Bakcell beynəlxalq sərgidə iştirak edir

27-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə