Previous Next
Bağla

Sitat paylaşma mobil şəbəkəsi Android telefonlar üçün təqdim olundu

31-08-2016 18:45
Sitat paylaşma mobil şəbəkəsi Android telefonlar üçün təqdim olundu

Məlumat verdiyimiz kimi,  bir müddət öncə gənclərimiz tərəfindən oxuduğunuz kitablardan bəyəndiyiniz sitatları paylaşmaq üçün nəzərdə tutulmuş Kvotter layihəsi yaradıldı.

Xercim.az- iKeboon layihəsindən tanıdığımız Orxan Əhmədov və  KVAN kitabının müəllifi Cosqun Kərimovun yaratdığı layihə hələ ilk günlərdən ictimaiyyətdə ciddi maraq doğurdu.

Belə ki, layihə Yeni Fikir 2016 SeedStars Baku müsabiqələrinin qalibi oldu.

Bu gün isə Kvotter mobil sosial şəbəkəsinin Android telefonları üçün BETA versiyası istifadəyə verilib.

Bu barədə Xeberler.az-a layihə komandasından məlumat verilib.

Qeyd edilib ki, bu mərhələdə istifadəçilərə aşağıdakı əsas funksiyalar təqdim edilib:

Sitat paylaşma funksiyası,

Maraqlı insanları Follow ( İzləmək)  etmək funksiyası,

Maraqlı sitatları bəyənmə,

Maraqlı sitatları rekvot (öz hesabına kopyalama),

Verilmiş #təq-lər, yazarlar, kitab adları və istifadəçilərə görə axtarış etmə,

Paylaşılan kitab məlumatlarının hesabda əlavəsi,

Şəxsi məlumatların əlavəsi və s.

Məlumatda qeyd edilib ki, Kvotter Beta hazırda yalnız Android qurğuları üçün keçərlidir və tezliklə iOS versiyası da istifadəçilərə təqdim ediləcək.

Belə ki, hazırkı versiyada kitablardan çəkilmiş şəkillərin Skan edilməsi üçün istifadə edilən OCR proqramının dil limiti olduğundan ingilis və latın əlifbası ilə yazılmış sitatların paylaşımı tövsiyə olunur.

Qeyd edilir ki, Beta test zamanı toplanmış məlumatlar əsasında tətbiqin tam funksional versiyası istifadəyə verildikdə bütün çatışmazlıqları aradan qaldırılmaqla yanaşı, əlavə funksiyalar və sosial şəbəkənin Veb versiyası da təqdim ediləcək.

Onu da xatırladaq ki, Kvotter Azərbaycanlı gənc təşəbbüskarlar tərəfindən hazırlansa da qlobal bazarı hədəfləyir.

Layihə komandası sentyabr ayında San-Fransisco-da keçiriləcək TechCrunch Disrupt tədbirində iştirak edərək, qlobal bazara çıxış üçün investorlar ilə görüşlər təşkil edəcək . Bundan başqa 2017-ci ilin Aprel ayında İsveçrədə keçiriləcək SeedStars World tədbirində Azərbaycanı təmsil edərək, 500 min dollar uğrunda mübarizə aparacaq.

Kvotter Beta-ya  buradan qoşula bilərsiniz.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı startapçılar ABŞ-a gedir

05-09-2016

Azərbaycan startapı ABŞ-da məşhur yarışmaya qatılır

30-08-2016

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

28-03-2017

Ölkəmizi dünyanın məşhur startap yarışmasında təmsil edən gənclərlə görüş

25-09-2016

Yerli layihəmiz ABŞ-da investorlara təqdim edilir-Foto

13-09-2016

Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

05-04-2017

iOS 8.4 Beta 2 təqdim edilib

28-04-2015

Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

14-06-2016

Google Chrome brauzerinin üçüncü beta versiyası hazırdır

31-10-2008

Yeni Fikir 2016-nın qalib startapları açıqlandı

30-04-2016

Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

04-05-2017

Firefox OS-un Android versiyası istifadəyə verilib

03-12-2015

Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016

Gələn həftə Firefox`un iki versiyası çıxacaq

18-04-2009

Internet Explorer 8 Google Chrome-ni qabaqladı!

24-03-2009

MilliNet 2016-da Nominant statusu alan mobil tətbiqlər

18-12-2016

“WinAMP”ı heç belə görməmişdiz!

23-10-2010

Firefox 3.1-in beta versiyası yüklənməyə hazırdır

16-10-2008

İOS 9-un Beta 3 versiyası təqdim olundu

10-07-2015

Opera10-nun ilk beta versiyası təqdim olundu

04-06-2009

Skype 4.0 proqramının ikinci beta-versiyası buraxılıb

02-10-2008

Mobil telefonlar üçün Photoshop-un onlayn xidməti yaradılacaq

30-08-2008

Silverlight 4 Beta istifadəyə təqdim edildi

23-11-2009

Android-in yeni versiyasının adı məlum oldu

01-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə