Previous Next
Bağla

Yeni nəsil şəxsiyyət vəsiqələrindəki e-imzanın aktiv olunması nə üçün yubanır?

17-12-2020 16:56
Yeni nəsil şəxsiyyət vəsiqələrindəki e-imzanın aktiv olunması nə üçün yubanır?
"Kimlər Prezidentin siyasi iradəsi əsasında tətbiq edilən yeni nəsil şəxsiyyət vəsiqələrindəki e-imzanın aktivləşməsinə uzun müddətdir ki, imkan vermir?
 
Bir neçə gün öncə məlumat verildi ki, Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqələri ilə gedə biləcəklər.
 
Bu isə "yeni nəsil" şəxsiyyət vəsiqələrinin hələ də "köhnə nəsil" olaraq qaldığını bir daha xatırlatdı. Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı 2014-cü ilin noyabrında Prezident sərəncam verib. Uzun müddət səlahiyyətli qurumlar Sərəncamdan irəli gələn vəzifələri vaxtında icra edə bilməyiblər. Prezident sərəncamları ilə bu müddət bir neçə dəfə uzadılıb.
 
Nəhayət 2018-ci ildə Yeni nəsil şəxsiyyət vəsiqələrinin ilk nümunəsi Prezidentə təqdim edilib. Bir müddət sonra vətəndaşlara da bu sənəd təqdim edilməyə başlanıb. Lakin dərhal da məlum olub ki , verilən vəsiqələr "yeni nəsil" deyilmiş.
Belə ki, verilən vəsiqələrin çipində yerləşdirilən e-imzalar indiyədək də aktivləşdirilməyib. Və ən qəribəsi də odur ki, heç kim bunun səbəbini açıqlamayıb.
 
Vəsiqədə yerləşdiriləcək imzadan istifadə ilə bağlı müəyyən olunacaq rüsumun məbləği də bir xeyli müzakirə olunsa da yekunda konkret razılıq əldə olunmadı.
Xatırlayıram ki, e-imzaya cavabdeh qurum olan NRYTN rəsmi açıqlama vermişdi ki, vəsiqələrdəki e-imza ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Yəni, demək istəmişdi ki, problemin həlli onluq deyil.
 
Buradan belə qənaətə gəlmək olardı ki, vəsiqələrdəki bu imzanın aktivləşdirilməsi hansısa digər tərəflərlə maraq toqquşması yaradıb.
 
Hər bir vətəndaşın cibində bütün xidmətlərə əlçatanlığı təmin edə biləcək e-imzanın olması kimə, hansı qurumlara sərf etməyə bilərdi?
 
Xatırladıram ki, hazırda ölkədə ASAN Xidmətə dəxli olmayan ASAN imza da tətbiq olunur, xarici vətəndaşın rəhbərlik eydiyi bu dövlət layihəsindən hər ay təxminən 1 milyon qazanc götürülür.
 
Bilinmir ki, belə anlaşılmaz situasiya nə vaxtadək davam edəcək. Fikrimcə, bu, sadəcə biabırçılıqdır.
 
Uzun illər hazırlıq görülən və böyük dövlət resursları xərclənən, Prezidentin siyasi iradəsi əsasında yaradılan, ölkədə informasiya cəmiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən bir layihəyə belə yanaşma çox təəssüf doğurur. Düşünürəm ki, Prezidentin adı çəkilən sərəncamında qeyd olunan səlahiyyətli qurumlar, NRYTN, DİN, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi bir araya gəlib bu problemi həll etməlidirlər.
 
Fikrimcə, bu problemin həlli ölkədə rəqəmsal transformasiyanı xeyli sürətləndirə bilərdi".
 
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018

Osman Gündüz: Faydalı olan dövlət layihələrini kimlər faydasız edib ?

10-03-2021

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018

Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

10-02-2022

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

28-08-2018

Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?

13-11-2021

Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

10-12-2014

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib

08-07-2025

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

24-04-2015

Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

14-09-2018

Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

11-05-2015

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

Yeni nəsil şəxsiyyət vəsiqələrilə xaricə getmək mümkün olacaq

11-04-2015

ASAN imza probleminin həllini kimlər çətinləşdirib? Ekspertdən açıqlama

20-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə