Müasir dövrdə uşaqlar saatlarla telefon və ya planşetlərdən istifadə edirlər. Bu isə, öz növbəsində, görmə problemlərinə yol aça bilər. Rusiyanın “KeepVision” startapı bu problemi həll etmək üçün yeniyetmələrdə görmənin zəifləməsi haqqında vaxtında diaqnoz qoymağa imkan verən və valideynlərin qadjetlərə nəzarətinə kömək edən smartfonlar üçün proqram təqdim edib.
Xəbərlər-in computerra.ru saytına istinadən verdiyi məlumata görə, bu zaman valideynlər uşağının və özünün smartfonuna proqram yükləməlidirlər. Nəticədə proqram uşaqların qadjetdən istifadəsi haqqında informasiyanı toplayacaq və uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onu emal etməklə valideynləri məlumatlandıracaq.
Beləliklə, ən məşğul valideynlər də real vaxt rejimində uşaqlarının görmə qabiliyyətinə təsir edən zərərli amilləri izləyə və görmə dəqiqliyini yoxlaya biləcəklər. Zəruri olduqda, “KeepVision for Kids” uşaqların görmə qabiliyyətinin pozulmasının qarşısını almaq üçün xüsusi məşqlər təklif edir.
Layihənin sınaqları zamanı Ufa məktəbləri arasında tədqiqatlar aparılmış və şagirdlərin 75 faizində görmə zəifliyinin olduğu aşkar olunmuşdur. Maraqlıdır ki, öz problemlərindən xəbərdar olan şagirdlərin 50 faizi eynək taxmır və ya görmə qabiliyyətinin zəifləməsi haqqında valideynlərini məlumatlandırmırlar.
Hazırda layihə müəllifləri investorlarla danışıqlar aparır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri