Previous Next
Bağla

Yerli məhsul istehsal edən startapımıza dəstək lazımdır

23-06-2017 14:52
Yerli məhsul istehsal edən startapımıza dəstək lazımdır

Azərbaycanda xanımlardan ibarət komanda kosmetik vasitələri ilə bağlı startap layihəsi hazırlayıb.

Belə ki, MES Beauty komandası   kosmetik vasitələrin dəriyə və ətraf mühitə zərərli təsirlərinin qarşısını almağı hədəfləyir. Layihə bu problemlərin qarşını almaq üçün yerli   təbii yaşıl kosmetik vasitə istehsal edir.

Xeberler.az olaraq layihənin fəaliyyəti ilə yaxından maraqlandıq.

MES Beauty komandasından verilən məlumata görə, dünyada, o cümlədən Azərbaycanda geniş istifadə olunan kosmetika və şəxsi gigyena məhsullarının tərkibində Triclosan, BHT, BHA kimi həm insan sağlamlığı (xüsusi ilə cinsiyyət hormonlarının funksiyalarını pozulması və xərçəng xəstəliyinin yaranması baxımından), həm də ətraf mühit üçün ciddi təhlükə mənbəyi olan sintetik kimyəvi maddələr var:

“Ümumiyyətlə, bu və bu kimi digər sintetik maddələr adı çəkilən məhsullara onların istifadə müddəti və təsir gücünü artırmaq üçün əlavə edilir. Bu tip sintetik kimyəvi birləşmələr kanalizasiya suyu vasitəsi ilə ekosistemə qoşulur. Bundan başqa əksər kosmetik və şəxsi gigyena məhsullarının qablaşdırılmasında plastik materialdan istifadə olunur ki bu da ətraf mühitin əsas çirklənmə səbəblərindən biridir”.

Məlumata görə, MES Beauty olaraq  onlar kosmetika şəxsi gigyena məhsullarında istifadə olunan bütün sintetik maddələri 100% təbii olan xüsusi maddələrlə əvəz edirlər:

“Bununla da su hövzələrinin bu maddələrlə çirklənməsini azaltmaq, flora və faunanı qorumaqla yanaşı, bu kimyəvi birləşmələrin insanda harmonal pozğunluq və xərçəng xəstəliyi əmələgətirmə riskini də aradan qaldırırıq”.

Komanda qeyd edib ki, kosmetika və şəxsi gigyena məhsulları bazarındakı digər təbii məsullardan fərqli olaraq,  bu kremi daha uzun müddət (digərlərindən 2 dəfə artıq) istifadə etmək mümkündür:

“Biz buna dizayn etdiyimiz xüsusi qablaşdırma ilə nail oluruq, hansı ki həm də ətraf mühit və sağlamlıq üçün kifayyət qədər zərərli olan plastik qablaşdırmandan hər mənada daha üstündür və ətraf mühit eləcədə sağlamlıq üçün ziyanı yoxdur. Bundan başqa, məhsulumuz 2 müxtəlif kremin (nəmləndirici və yaşlanmaya qarşı) əsas xüsusiyyətlərin özündə əks etdirir və 2 kremin birlikdə qiymətindən daha ucuzdur”.

Öyrənirik ki, komanda  beynəlxalq patent almaq üçün müraciət etməyə hazırlaşır. Maliyyə problemlərini nəzərə alaraq MES Beauty bunun üçün vəsait toplama kampaniyasına (crowfunding) başlayıb.

“Bu layihə tibb və kimya (dərman və kosmetika istehsalı) sahələrində çox faydalı olacağına  ümid etdiyimiz 2 ixtira ilə bağlıdır. Hazırda beynəlxalq patent almaq üçün müraciət etmək ərəfəsindəyik, lakin maddi çətinliklərimiz var və buna gorə də  kampaniyaya  başladıq. Beynəlxalq patentə müraciətin şərtlərinə görə onlardan rəsmi məktub gələnə kimi  layihəmiz barədə yalnız bu məlumatları paylaşa bilərik”.

Qeyd edək ki, yerli startapımız Generosity platformasında crowdfunding kampaniyasına başlayıb. Xanımlardan ibarət startap komandasına 5000 hədəfinə çatması ücün hər kəs 1 USD ödəniş edərək, yerli istehsala dəstək göstərə bilər.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
41,8 milyon ton təhlükəli kimyəvi maddəli elektronika zibilliyə atılıb

41,8 milyon ton təhlükəli kimyəvi maddəli elektronika zibilliyə atılıb

05-05-2015
Luminiset lampaları: sərfəli qənaət, yoxsa həyati təhlükə?

Luminiset lampaları: sərfəli qənaət, yoxsa həyati təhlükə?

13-10-2009
Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

02-09-2025
Rəqəmsal kağız erası başlayır!!!

Rəqəmsal kağız erası başlayır!!!

13-06-2009
Emin Əmrullayev: Yaşıl ixtisasların inkişafı bizim prioritetdir

Emin Əmrullayev: Yaşıl ixtisasların inkişafı bizim prioritetdir

12-11-2024
Xərçəng xəstəliyinə  qarşı qolbaq yaradılıb

Xərçəng xəstəliyinə qarşı qolbaq yaradılıb

06-04-2015
Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

10-05-2022
Köhnə məhsulları müəyyən etmək asanlaşır

Köhnə məhsulları müəyyən etmək asanlaşır

23-08-2017
Qırışlara qarşı qeyri-adi krem-Video

Qırışlara qarşı qeyri-adi krem-Video

11-05-2016
Qamma Şüalanma Kompleksinin açılışı baş tutub

Qamma Şüalanma Kompleksinin açılışı baş tutub

13-03-2020
Acer  ekologiyanı qoruyan cihazlar istehsal edəcək

Acer ekologiyanı qoruyan cihazlar istehsal edəcək

13-10-2009
Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı

Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı

06-08-2018
Ekoloji maarifləndirməyə dair videoçarx hazırlanıb-Video

Ekoloji maarifləndirməyə dair videoçarx hazırlanıb-Video

11-04-2016
Blockchain sistemi xərçəng xəstələrinə  kömək edəcək

Blockchain sistemi xərçəng xəstələrinə kömək edəcək

09-07-2018
"Karabakh GreenTech” hakatonu qalibləri COP29-da yaşıl zonada nümayiş olunacaq

"Karabakh GreenTech” hakatonu qalibləri COP29-da yaşıl zonada nümayiş olunacaq

08-10-2024
"İKT və İqlim dəyişikliyi"

"İKT və İqlim dəyişikliyi"

25-11-2010
Google telefonunuzdan bəzi mobil tətbiqləri silməyinizi məsləhət görür

Google telefonunuzdan bəzi mobil tətbiqləri silməyinizi məsləhət görür

01-07-2019
Elektron ticarətə tələb artıb

Elektron ticarətə tələb artıb

19-03-2020
Yerli və təbii balın onlayın satışı- Mr.Bee

Yerli və təbii balın onlayın satışı- Mr.Bee

22-01-2016
Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır

Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır

10-08-2015
"Azexport" Azərbaycan məhsullarının ABŞ-a ixracına başlayır

"Azexport" Azərbaycan məhsullarının ABŞ-a ixracına başlayır

28-12-2022
Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikilib

Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikilib

06-02-2017
III elmi-texniki inqilab: Nanotexnologiya Azərbaycanda

III elmi-texniki inqilab: Nanotexnologiya Azərbaycanda

09-11-2009
Carlsberg plastik tullantıların azaldılması üçün innovasiyalar tətbiq edir

Carlsberg plastik tullantıların azaldılması üçün innovasiyalar tətbiq edir

01-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə