“You Tube” necə yaranıb?

15-02-2011 / 13:01

Bu onilliyin virtual aləminin ən böyük kəşflərindən biri də “You Tube” məşhur internet video paylaşım sistemidir. İngiliscədən tərcumədə “you” - "sən", “Tube” isə "boru" mənasını verir. Mənaca tərcuməsi isə “sənin internetə çıxış vasitən” deməkdir.

Sayt 2005-ci ildə bir nəfər gənc tərəfindən yaradılıb. Rəsmi olmayan məlumatlara görə, bir nəfər qonşu ştata dostunun ad gününə gəlir. Ad günündə iştirak edir və onları videoya çəkir. Səhəri gün işləri olduğundan gənc videosu ilə birlikdə öz ştatına qayıdır. Dostları ondan video görüntünün sürətini istədikdə isə, o bildirir ki, çəkilişin həcmi çoxdur. Və heç bir internet post ünvanı onu göndərə bilmir. Sonra gənc fikirləşir və həvəskar bir sayt yaradır. Video görüntünü orada yerləşdirir. Dostlarına da xəbərdar edir.

Sonra dostları da həmin sayta daxil olur, ad günündə iştirak edən hər kəsə görüntüləri götürmələri üçün saytın ünvanı verilir. Sonra onlar da saytda video yerləşdirirlər. Beləcə sayta video yerləşdirənlərin sayı durmadan artmağa başlayır. Nəticədə “You Tube” yaranır.
2006-cı ildə məşhur axtarış sistemlərindən olan "Google" onun səhmlərinin hamısını 1.65 milyard dollara satın alır.

Hal-hazırda “YouTube”-a hər dəqiqədə 204 saatlıq video yüklənir. Yəni "YouTube"-a bir dəqiqədə 1 günlük görünüş yüklənir. Bu videoların müddəti isə 34.560 saata, yəni 1440 günə (4 il uzunluğuna) bərabərdir.

Hal-hazırda saytın gündə 367 milyon ziyarətçisi olur. Gün ərzində reklamlardan 1.1 milyon dollar pul qazanır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə