Previous Next
Bağla

“Microsoft Office” sənədləri və arxiv fayllarına fişinq hücumları edilib

04-12-2024 16:32
 “Microsoft Office” sənədləri və arxiv fayllarına fişinq hücumları edilib
2024-cü ilin avqust ayından etibarən kiberdələduzların “Microsoft Office” sənədləri və arxiv fayllarını zədələyərək məqsədyönlü şəkildə fişinq hücumlarına cəhdlər göstərdiyi müəyyən edilib.
 
Xeberler.az bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Bildirilib ki, e-poçt filtrləri və antivirus skanerlərindən yayınan bu fayllar zahirən təhlükəsiz görünür, hətta bir sıra təhlükəsizlik yoxlanışı platformalarında zərərsiz olduğu qeyd edilir. Lakin “Microsoft Word” və ya “WinRAR” kimi proqramların bərpa funksiyaları vasitəsilə faylları oxunaqlı hala gətirmək mümkündür. Bərpa edildikdən sonra isə faylların zərərli olduğu aşkar olunub.
 
Hücum prosesinə gəldikdə, saxta “İnsan Resursları Bildirişi” kimi təqdim olunan sənədə zərərli QR-lar yerləşdirilərək istifadəçilər fişinq səhifələrinə yönləndirilir. “Quishing” (QR kod fişinqi) adlanan bu üsulda QR-lar vasitəsilə istifadəçilər saxta “Microsoft” giriş səhifələrinə yönləndirilərək məlumatları oğurlanır.
 
İstifadəçilərə bu cür fişinq hücumlarına qarşı effektiv müdafiə üçün aşağıdakı addımları atmaq tövsiyə olunur:
 
• E-poçtu göndərənin ünvanını və məktubun məzmununu diqqətlə yoxlayın (xüsusən fayllar zədələnmiş görünürsə və ya bərpa tələb olunursa )
• QR kod skanerlərindən təhlükəsiz şəkildə istifadə edin. QR-ları skan edərkən proqramın sizi yönləndirmədən əvvəl linkin təyinat yerini göstərməsinə diqqət edin.
• Antivirus, e-poçt filtrləri və “Microsoft Office” kimi proqramların ən son versiyalarından istifadə etdiyinizdən əmin olun.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ETX: Genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

01-04-2026

ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

10-04-2026

AKTA: Hesabınız ələ keçirilə bilər

23-12-2024

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Outlook-da kritik boşluq aşkarlandı-Xəbərdarlıq

18-03-2023

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011

Nazirlik Microsoft istifadəçilərinə müraciət edib

15-04-2017

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

13-03-2026

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kriptovalyuta startapları hədəfdə: Dünya üzrə onlara qarşı hədəfli hücumlar həyata keçirilir

11-01-2023

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib

06-02-2026

Google Docs-da DOCX fayllarını oxumaq mümkün olacaq

07-11-2008

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Elektron poçt sisteminə edilən fişinq hücumlarının sayı artıb

02-11-2020

Elektron Təhlükəsizlik Xidməti "MuddyWater" kibertəhdid qrupu ilə bağlı xəbərdarlıq edib

21-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə