Previous Next
Bağla

“Rəqəmsal müavinlər” modeli işə düşür - Osman Gündüz

18-05-2026 15:59
“Rəqəmsal müavinlər” modeli işə düşür - Osman Gündüz

Azərbaycanda dövlət qurumlarında “rəqəmsal müavinlər” modelinin formalaşmağa başladığı müşahidə olunur.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında paylaşım edib.

Ekspert qeyd edib ki, artıq bir sıra dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt istiqamətlərinə cavabdeh olacaq rəhbər şəxslərin müəyyənləşdirilməsi prosesi başlayıb. Onun sözlərinə görə, hökumət və Rəqəmsal İnkişaf Şurası bu istiqamətdə iki əsas yanaşma üzərində işləyir.

Birinci yanaşma çərçivəsində bəzi nazirlik və agentliklərdə yeni müavin və ya rəhbər şəxslər təyin olunur. Osman Gündüz bildirib ki, son aylarda artıq üç mərkəzi qurumda bu istiqamətdə addımlar atılıb. Belə ki, TƏBİB-də Rahim Hüseynov icraçı direktorun müavini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi-də Rəşad Həsənov nazir müavini, Ekologiya və Təbii Sərvətlər Nazirliyində isə Ağakərim Səmədzadə birinci müavin təyin olunub. Ekspert hesab edir ki, həmin şəxslər rəqəmsal transformasiya və AI istiqamətlərinə cavabdeh olacaqlar.

İkinci yanaşmaya əsasən isə nazirlik və agentliklərin mövcud rəhbər heyətindən bir nəfərin “rəqəmsal transformasiya üzrə məsul şəxs” kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu halda məsuliyyət birbaşa qurumların öz üzərində qalacaq.

Osman Gündüz bu prosesdə müəyyən risklərin də olduğunu vurğulayıb. O bildirib ki, innovasiya və rəqəmsal sahədə baxışı olmayan şəxslərin formal şəkildə məsul təyin edilməsi problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, bu şəxslərin fəaliyyəti mərkəzləşdirilmiş qaydada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən koordinasiya olunacaq.

Ekspert hesab edir ki, yekun institusional çərçivəni yeni yaradılmış Rəqəmsal İnkişaf Şurası müəyyən edəcək. O qeyd edib ki, Şuranın fəaliyyətinə dair hələlik geniş rəsmi açıqlamalar verilməyib və yaxın vaxtlarda ilk iclasın keçiriləcəyi gözlənilir.

Paylaşımda xatırladılıb ki, cari ilin əvvəlində Prezidentin sərəncamı ilə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyevadır.

Osman Gündüz bildirib ki, rəqəmsal biznes sektoru, transformasiya sahəsində çalışanlar və süni intellekt layihələri hazırlayanlar Şuranın ilk toplantısını səbirsizliklə gözləyirlər. Onun sözlərinə görə, rəqəmsal sektorun inkişafına ayrılacaq maliyyənin idarə olunması məsələsi də hələlik açıq qalır.

Ekspert əlavə edib ki, hazırda sektorda müəyyən gərginlik müşahidə olunur, iri tenderlər azalıb və bazarda qeyri-müəyyənlik yaranıb. O hesab edir ki, Şuranın qərarlarından sonra dövlət qurumlarının rəqəmsal layihələrinin maliyyələşməsi daha aktiv mərhələyə keçə bilər.

Bununla yanaşı, Osman Gündüz ifrat mərkəzləşmənin və əlavə bürokratik mərhələlərin innovasiyaların inkişafını ləngidə biləcəyini də vurğulayıb. Onun fikrincə, rəqəmsal transformasiya sahəsində çeviklik, sürətli qərarvermə və təşəbbüskarlıq əsas şərtlərdən biridir.

 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026

Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

07-11-2024

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15-01-2022

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iki qurumuna rəhbər təyin olunub

08-12-2022

Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

13-02-2022

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026

Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

16-01-2025

Ekspert:Rəqəmsal inkişaf və nəqliyyat nazirinin neçə müavini var?

25-05-2022

Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb

27-02-2026

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024

RİNN ötən ilki hesabatını niyə açıqlamır?

09-02-2024

Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

02-03-2026

Azərbaycan Dünya Bankı ilə Rəqəmsal Transformasiya Strategiyası üzərində iş aparır

16-12-2022

İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

28-04-2025

Samir Şərifov: "Rəqəmsal transformasiya Azərbaycan üçün prioritetdir"

22-09-2025

Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq

12-12-2025

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

Yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub

25-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə