Elektron təhlükəsizliyin təmin olunmasına dair təkliflər hazırlanır

24-12-2008 / 14:28

Son dövrlər internet dünyasında baş verənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müntəzəm olaraq araşdırılaraq, xoşagəlməz halların aradan qaldırılması yönündə müəyyən addımlar atılır. Hazırda internet dünyasında mövcud olan əsas problemlərdən biri  “haker”lər arasında mövcud olan virtual savaşın daha kəskin xarakter almasıdır ki, bunun da nəticəsində internetdəki resurslar,  tarixi həqiqətlərin əks olunduğu saytlar sıradan çıxır.


Məsələ ilə bağlı RİTN-in şöbə rəhbəri Rüfət Gülməmmədov “OLAYLAR”a açıqlamasında bildirib ki, hazırda bütün dünyada bu problemin həlli ilə məşğul olan xüsusi qurumlar, istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları var: “Bununla bağlı Avropa Şurasının xüsusi konvensiyası da var ki, Azərbaycan da hazırda bu konvensiyanın üzvüdür. Konvensiya çərçivəsində internetdəki mövcud cinayətkarlığa qarşı mübarizə aparılır”. R.Gülməmmədov elektron təhlükəsizliyinin yaradılması ilə bağlı RİTN-in təklif hazırladığını da bildirib:

“Hazırda bu istiqamətdə işlər aparılır. Təklifin hazırlanmasında əsas məqsəd bu məsələlərlə məşğul olan qeyri-hökumət orqanlarının informasiya banklarının, internet saytlarının qorunması ilə bağlı vətəndaşlara müəyyən məsləhətlər verməsini və gələcəkdə bu cür halların yaşanmaması üçün onların bu sahədə maarifləndirilməsini təşkil etməkdir”. http:www.olaylar.az

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə