Moskvada keçirilən konfransda Azərbaycanın iqtisadi inkişafı və telekommunikasiya sektorunun iqtisadiyyatdakı rolu barədə məlumat veriləcək
MDB dövlətləri və Avrasiyanın telekommunikasiya liderləri fevralın 24-27-də Moskvada keçirilən “Telecoms World Russia & CIS 2009” konfransına toplaşıblar.
Artıq üçüncü dəfədir keçirilən konfrans Avrasiya regionunun kommunikasiya sahəsində ən iri forum hesab olunur. Konfransda regionun aparıcı operatorları, sərmayəçilər və servis-provayderlərin iştirakı ilə bu sahədəki problemlərlə bağlı peşəkar müzakirələr, aktual diskussiyalar keçirir.
Konfransın Avrasiya regionuna həsr olunmuş gününün əsas çıxışçısı olan “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan \"İnkişaf edən ölkələrin iqtisadi artımında telekommunikasiya sektorunun rolu\" mövzusunda məruzə ilə çıxış edəcək. O, çıxışı zamanı Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verməklə yanaşı, eyni zamanda telekommunikasiya sektoru inkişaf edən ölkələrin iqtisadi artımının davamlılığının təmin olunmasındakı rolu barədə danışacaq.
“Bizim bu nüfuzlu konfransda iştirakımızın əsas məqsədi ölkəmizi təmsil etmək, bütün dünyanı bürüyən iqtisadi böhran fonunda inkişafımızın davamlılığı barədə məlumat verməkdir”,- deyə Ali Ağan bildirib.
Forumda çıxışlarla yanaşı, müxtəlif təqdimatlar keçiriləcək, İT sahəsindəki yeni məhsullar və xidmətlər nümayiş etdiriləcək, yeni texnologiyalar barədə məlumat veriləcək. Konfrans günlərində işçi görüşlər zamanı yeni texnologiyaların gələcəyin tendensiyalarına təsiri araşdırılacaq, iştirakçıların yeni biznes əlaqələri qurmaq və mövcud peşəkar münasibətləri möhkəmləndirməsi üçün imkanlar yaradılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri