KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb

04-04-2009 / 13:03

Azərbaycanda prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

 Ölkə başçısının aprelin 3-də imzaladığı fərmana görə Prezidentin Administrasiyası və Azərbaycan Mətbuat Şurası Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir aya prezidentə verməlidirlər. Fondun xərcləri hər il dövlət büdcəsində ayrıca göstəriləcək.

Bu ilin büdcəsində mətbuata yardım üçün 1.3 milyon manat ayrılması nəzərdə tutulur. Gözlənir ki, həmin vəsaiti bu fond xərcləyəcək.

 Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə bu mühüm sənədi imzaladığına görə, Azərbaycan prezidentinə ölkə jurnalistləri adından təşəkkürünü bildirib.

Ə. Amaşov onu da deyib ki, fərmanda göstərildiyi kimi Mətbuat Şurası bir ay ərzində Fondun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı təklifləri Azərbaycan prezidentinə təqdim etməlidir. Bu məsələ Şuranın gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə