Virus kompüterinizin əməliyyat sistemində olan imkanlardan istifadə edən əmrlər ardıcıllığıdır. İlk kompüter virusları bir neçə sadə əməliyyatlardan ibarət idi. Bura müəyyən bir şərti yoxlayan əməliyyat (məsələn tarix və ya vaxtı) və şərtdən asılı olaraq məlumatı ləğv edən (məsələn diski yenidən format edən) əməliyyatlar daxil idi.
İlk viruslardan bir çoxu özlərini digər fayllara köçürərək disket vasitəsilə digər kompüterlərin də yoluxmasına gətirib çıxarırdı. Bu gün isə ən təhlükəli yoluxma üsulu İnternet hesab olunur. Lakin ilkin viruslardan fərqli olaraq, müasir viruslar sadəcə məlumatın silinməsi ilə kifayətlənmirlər: onlar sizin kompüterdə olan bütün elektron ünvanları tapıb, öz nüsxələrini sizin bütün tanışlarınıza yayımlama qabiliyyətinə malikdirlər.
Ümumiyyətlə , \'Virus\' bir termin olaraq sisteminizə zərər yetirən hər hansı proqram təminatını anlayışı verir. Yayılma mexanizmindən asılı olaraq, virusların hamısı kompüteriniz üçün ciddi təhlükə hesab olunur.
Viruslarda olan təhlükə ehtimalı bəzən real təhlükədən qat-qat böyük qələmə verilir. Bunun obyektiv və faydaları olsa da (istifadəçilərin “həddən artıq” təhlükəsizlik meylinin faydası) bir sıra subyektiv səbəbləri də ola bilər. Məsələn sırf sınaq üçün yaranmış, və yalnız tədqiqat şəraitində mövcud olan bir sıra virusların qorxulu potensial “əməlləri” dərhal ictimaiyyətə çatdırılır, və bu virtual təhlükədən istifadə edərək, antivirus istehsalçıları öz məhsullarını daha müvəffəqiyyətlə satmaq imkanı əldə edirlər.
Son zamanlar viruslar daha çox məlumat itkisi deyil sadəcə vaxt itkisinin səbəbinə çevrilməkdədirlər. Yəni, virus məlumata zərər yetirməsə də, normal işə mane olur və virusun təmizləməsinə müəyyən vaxt sərf olunmasını tələb edir. Bu cür viruslar, daha çox yeni, təcrübəsiz istifadəçilərin sistemlərini yoluxdurmaqdadır.
Viruslar yalnız zərərverici vasitə kimi istifadə edilmir. Bəziləri, virusların təhlükələrin müəyyən edilməsi və sistemlərin müdafiəsində böyük rolu olduğunu və ya ola biləcəyini söyləyir. Son zamanlar yayılmaqda olan şayiələrə əsasən, ABŞ-ın Federal Təhqiqatlar bürosu tərəfindən bu məqsədlə xüsusi virus dəsti yaradılıb.
Virusların iş prinsipi
Virus faylları sizin kompüterə yalnız icra edilən fayllar ilə birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istisna, bir sıra ofis proqramlarının daxilindəki mexanizmlərdir ki, bunlara “makro-virus” deyilir (makroviruslar hal hazırda böyük təhlükə təşkil etmir, bu daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır.
Virusun kompüterinizə keçməməsi üçün:
İnternetdən endirilmiş və daxilində virus olan proqramı işə salmamalısınız. Bu cür proqramları əvvəlcədən antivirus proqramları ilə yoxlayın
Proqramı disketdən icra etməlisiniz. Bunun qarşısını almaq üçün bütün disketləri əvvəlcədən yoxlayın.
Mürəkkəb sənədlərin daxilində makrosların icrasına icazə verməlisiniz. Tanımadığınız makrosların icrasına icazə verməyin.
Viruslardan əsas müdafiə üsulları
Viruslardan müdafiə olunmaq üçün əsas bir neçə təhlükəsizlik qaydaları mövcuddur:
İnternetdə işləyərkən ehtiyatlı olun:
əlavə olunmuş faylları dərhal açmayın,
Word proqramında makrosları qeyri aktiv edin,
Javascript-i qeyri aktiv edin,
səyyah proqramınızı proqramları işə salmayan rejimə keçirin,
Email üçün təhlükəsiz proqramlardan istifadə edin (əvvəlki versiya Microsoft Outlook təhlükəsiz deyil);
Outlook proqramından istifadə etdikdə, onun son yamaqlarını tətbiq edin və məktubların daxilindəki proqram və faylların açılmasına qadağa qoyun;
Əldə etdiyiniz bütün faylları xüsusi antivirus proqramları ilə yoxlayın.
Kompüterlərlə təcrübəniz daha çoxdursa, aşağıdakılara da əl ata bilərsiniz:
Sisteminizin bütün fayl uzantılarını göstərəcək hala gətirin. Bu, icra oluna biləcək faylları ayırd etmək üçün əlavə vasitədir. Bu habelə ikili uzantılı faylları da, məs. \'picture.jpeg.vb\', müəyyən etməyə kömək edəcək.
Əldə etdiyiniz heç bir icra oluna biləcək faylı xüsusi proqramlar ilə yoxlamamış işə salmayın. Bu, habelə hər hansı bir arxivin daxilində olan fayllara və ssenari fayllarına (vbs, js ) aiddir.
İnternet səyyah proqramlarınızda (brauzerdə) icra olunan fayllar üçün qadağa və ya sual verərək icra olunması rejiminin aktiv olmasını yoxlayın. Bu, İnternet səhifələrində olan viruslar ilə müdafiə üçün lazımdır.
Sistemin BIOS-unda \'boot-sektor müdafiəsi rejiminin aktiv olmasını yoxlayın, bu köhnə virusların kompüterin diskinin yoluxması qarşısını ala bilər.
BİOS-da yüklənmə ardıcıllığın \'C: only\' (yalnız C: diskindən) olmasını təmin edin. Bu mümkün olmasa ilk yüklənmənin sərt diskdən edilməsini təmin edin. Bu disket və ya CD lərdə yüklənmə zamanı icra edilən proqramların qarşısını ala bilər.
Poçtla gələn faylların ayrıca, sistem qovluqlardan xaric qovluqların daxilinə açılmasını yoxlayın.
Ən effektiv müdafiə yollarından biri, bütün sistemi xüsusi antivirus proqramları ilə vaxtaşırı yoxlanılması hesab oluna bilər. Başqa alqoritmlərlə bərabər, bu yoxlama faylların tərkibinin dəyişilməsinə də əsaslanır (virusla yoluxmuş proqram faylının tərkibi və həcmi dəyişir).
Hətta antivirus yoxlanmasını müvəffəqiyyətlə keçən, lakin etibarlı olmayan mənbələrdən əldə olunmuş proqramları işə salmayın. Antivirus heç də 100% zəmanət vermir.
Sistem diskinin işlək variantını ehtiyat nüsxəsini saxlayın, bu halda virusa yoluxmuş sistemi ehtiyat nüsxəsindən bərpa edə bilərsiniz.
Sisteminizin disklərini mütəmadi olaraq ScanDisk ilə yoxlayın. Bu, birbaşa viruslara aidiyyatı olmayan bir əməliyyat olsa da, nəticədə bir çox lazımsız faylları ləğv edəcək. Sistemdə lazımsız faylların sayı minimuma gətirilsə, viruslarla mübarizə də asan və daha sürətli ola bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri