“Reket” qəzetlər Azərbaycan Nəşriyyatından çıxarılıb

15-06-2009 / 13:09

“Hazırda Mətbuat Şurasının siyahısındakı “reket” qəzetlərdən heç biri Azərbaycan Nəşriyyatında fəaliyyət göstərmir.

“Reket” qəzetlərin siyahısına düşən mətbuat orqanlarından beş-altısı Azərbaycan Nəşriyyatında yerləşirdi. Biz də onları binadan çıxardıq”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov deyib. Direktor hazırda Azərbaycan Nəşriyyatında 170-dək qəzet və jurnalın fəaliyyət göstərdiyini bildirib.

A. Əsgərov həmin qəzet və jurnalların əksəriyyətinin Azərbaycan Nəşriyyatına borclu olduğunu, bu borcun ödənməsi üçün onlara mütəmadi müraciətlər edildiyini söyləyib: “Qəzet və jurnalların nəşriyyata həmişə borcu olur. Biz müraciət edəndə borcun bir hissəsini ödəyirlər”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə