Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

11-08-2009 / 20:40

Bu gün TQDK tərəfindən, Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır.

Orta ixtisas məktəblərinə orta təhsil bazasından (11 illik) tələbə qəbulu Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
 I ixtisas qrupunun ixtisaslarını (texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları) ali məktəblərin bütün ixtisas qrupları üzrə imtahan verən abituriyentlər seçə bilərlər.

 II ixtisas qrupunu (kimya-texnoloji və tibb ixtisasları) ali məktəblərin I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər seçə bilərlər.

 III qrup ixtisaslarını isə (humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları) ali məktəblərin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçə bilərlər.

 Müsabiqədə ali məktəblərin müvafiq ixtisas qruplarının ümumi balı 50-dən az olmayan abituriyentləri iştirak edə bilərlər.

 III qrupun xarici dil ixtisaslarının müsabiqəsində ali məktəblərin III qrupunun ümumi balı 50-dən və müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentləri iştirak edə bilərlər.

 III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər orta ixtisas məktəblərinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər.

 Xarici dil ixtisaslarının müsabiqəsinə müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər buraxılır.

Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə