“Telekanal və radiolarda Azərbaycan dilinin qorunması ilə bağlı problemlər var”

06-11-2009 / 18:28

“Telekanallarda və radiolarda Azərbaycan dilinin qorunması ilə bağlı ciddi problemlər var”.

Xeberler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, bir sıra hallarda Azərbaycan dilinin səlisliyi, doğruluğu, düzgünlüyü, tələffüzü və boğaz səsləri ilə bağlı qaydalar pozulur. N. Məhərrəmli bir sıra hallarda ləhcələrlə bağlı da problemlərin olduğunu vurğulayıb: “Biz bu məsələ ilə bağlı xüsusi təlim kursları keçirmək fikrindəyik. Bu təlim kursları birbaşa aparıcılarla bağlı olacaq. Onlara Azərbaycan dilinin qaydaları izah olunacaq. Hesab edirik ki, bu problemlərin aradan qaldırılmasına nail ola biləcəyik”.

N. Məhərrəmli hazırda Azərbaycan teleməkanında Azərbaycan dilinin hakim olduğunu da qeyd edib: “Bu məsələdə biz məqsədimizə nail olmuşuq. Buna baxmayaraq, müəyyən verilişlərdə, maarifçilik xarakterli proqramlarda, ictimai-siyasi xarakterli tədbirlərdə digər dillərdən də istifadə olunur. Bunlar, əsasən rus və türk dilləridir. Bu məsələləri mərhələ-mərhələ həll edirik və hesab edirəm ki, bu məsələdə ciddi bir problem olmayacaq”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə