Azerfon media nümayəndələrinə 3G xidmətlərini tanıtdı

09-12-2009 / 16:11

Bu gün Azərbaycanın mobil rabitə operatoru Azerfon şirkəti yaxın günlərdə ölkədə 3G texnologiyasına əsaslanan xidmətlərinin tətbiqinə dair Dəyirmi masa keçirib. Tədbirdə telekommunikasiyalar sahəsinin bir çox ekspertləri və media nümayəndələri iştirak edib.

Şirkətinin 3G layihəsi üzrə rəhbəri Serc Arboqast  dəyirmi masa iştirakçılarına Azerfonun 3G xidmətlərinin tətbiqinə tam hazır olduğunu bildirmişdir. S. Arboqast eyni zamanda 3G şəbəkəsinin digər şəbəkələrlə müqayisəsi, şəbəkənin üstün cəhətləri haqqında məlumat verdi. O, çıxışında Azerfon MMC-nin dünya standrtlarına cavab verən 3G şəbəkəsinin qurulduğunu və yaxın zamanda abunəçilərə təqdim olunacağını söylədi. Həmçinin qeyd olundu ki, Azerfonun ticarət nişanı olan NarMobile abunəçiləri də sim kartı dəyişmədən 3G xidmətlərinin bir hissəsindən yararlana biləcəklər.   
 
Təbirdə iştirak edən Mobitel şirkətinin brend meneceri Emin İlyas “Nokia bütün dünyada və Azərbaycanda”, “Nokia telefonları Azerfon-un 3G şəbəkəsində”, “Mobil TV”, məkan xidmətləri (hava haqqında məlumatlar yenilənməsi, yol hərəkətinə canlı şəkildə izləmə, nəqliyyatın izlənməsi)  kimi mövzulara toxunmuşdur.

Azerfon şirkətinin korporativ məhsullar üzrə meneceri Həsən Əskərov 3G texnologiyasının dəstəklədiyi məhsullar və Azerfon şirkətinin təqdim edəcəyi xidmətlər haqqında ətraflı məlumat vermişdir. H.Əskərov həmçinin “3G-yə baxış və dünya ölkələri tətbiqi”, “Azerfon sayəsində 3G xidmətləri Azərbaycanda”, “2G-dən təkamül”, mövzularına geniş toxunmuşdur.

Xatırladaq ki, 3G xidmətlərinin Azərbaycanda təqdim olunması üçün Azerfon MMC bütün lazımi testləşdirmə və quraşdırılma işlərini müvəffəqiyyətlə həyata keçirmiş, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bütün tələblərinə cavab verən bir şəbəkə yaratmışdır. Telekommunikasiya sektorunda son dərəcə əhəmiyyətli olan bu layihəni həyata keçirmək üçün Azerfon tərəfindən böyük səramayələr cəlb olunmuşdur. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə