Ermənistan və Türkiyə telekanallar arasında memorandum imzalanıb

17-12-2009 / 15:02

Ermənistanın Vanadzor bölgəsində yayımlanan “Lori” telekanalının nümayəndə heyəti başda direktor Armen Saxlyan olmaqla üçgünlük Türkiyənin Qars şəhərində səfərdə olublar. Qaynar.info Erməni mətbuatına istinadən məlumat verir ki, səfər Qarsın yerli telekanalı olan “Serhat”ın dəvəti əsasında baş tutub. Səfər tanışlıq və mümkün əməkdaşlıq sahələrini tapmaq məqsədi daşıyıb. Qeyd edək ki, “Serhat” Qars şəhərində yeganə telekanaldır.

Türkiyə telekanalının direktoru Alican Alibəyoğlu və icraçı direktoru Ozgün Toğrulla görüşdə “Lori” telekanalın nümayəndələri mümkün əməkdaşlıq məsələləri barədə, əsasən texniki təchizat, kadr hazırlığı, birgə verilişlərin hazırlanmasından danışıblar. “Lori” televiziyasının rəhbəri Armen Saxlyan bildirib ki, məqsəd birdir- sərhədlərin açılması üçün əməkdaşlıq yolu ilə iki ölkə xalqları arasında dialoq yaratmaq.

“Serhat” və “Lori” televiziyaları arasında gələcək əməkdaşlıq üçün ilk addım kimi memorandum imzalanıb. Hazırda bu proqramların reallaşdırılması üçün maliyyə vəsaitlərinin və donor təşkilatların tapılması üçün axtarış aparılır. Bu barədə “Lori” telekanalı məlumat verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə