Satınalmalar üzrə Dövlət Agentliyinin 2008-ci ilə dair hesabatına görə, dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 8839 satınalma həyata keçirilib. Sənədə əsasən, bağlanan satınalma müqavilələrinin qiyməti 2 milyon 516 min 900 manatdır. Ötən il satınalma predmetinin ehtimal olunan qiymətinin (2 691 497 manat) 174 597 min manatına və ya 7,5 faizinə qənaət edilib.
Qeyd edək ki, Azərbaycan prezidentinin 28 iyul 2007-ci il tarixində təsdiq etdiyi «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət Proqramı» çərçivəsində dövlət satınalmalarına dair təlimatlar müəyyənləşib. Təlimatda açıqlanan ümumi prinsiplər və tələblər dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınmasında tətbiq olunur.
50 min manatlıq öhdəlik…
Təlimatda dövlət satınalmalarında korrupsiyaya və dələduzluq hərəkətlərinə qarşı mübariz aparmaq və belə halların qarşısını almaq məqsədilə görüləsi tədbirlər də nəzərdə tutulub. Bu prosesdə şəffaflığın təmini, korrupsiya faktının aradan qaldırılması, bərabər mühitin formalaşması üçün bir sıra öhdəliklər də müəyyənləşib. Götürülən öhdəliklərə görə, satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiyməti 50 min manat və bu məbləğdən yüksək olduqda müsabiqə açıq tender üsulu ilə həyata keçirilməlidir. Bundan əlavə, satınalmalara cəlb olunan şəxslərin dövlət satınalmalarında korrupsiya və dələduzluq hərəkətləri ilə məşğul olduğu aşkar olunarsa, öz səlahiyyətləri çərçivəsində həmin şəxsləri o andan etibarən, satmalma prosesindən kənarlaşdırmalı və bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinə məlumat verilməlidir. Lakin Agentliyin təlimatı necə həyata keçirilir? Formal və ya qeyri-formaldır?
Dövlətin vəsaitilə nələr alınır?
Hesablamalar Palatasının 2008-ci ilə dair hesabatında verilən məlumata görə, yeni təlamata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına aparılan satınalmalarda 7387 müsabiqə, o cümlədən kotirovka sorğusu üsulu ilə 6312 müsabiqə keçirilib. Müsabiqələr üçün 2 mln.214 222 min manat ayrılıb. Ümumilikdə 2008-ci il dövlət vəsaitləri hesabına keçirilən satınalma müsabiqələri üzrə malların satın alınması 929 062 min manat və ya 46 faiz, işlərin satın alınması 1 mln. 054 284,4 min manat və ya 52,2 faiz və xidmətlərin satın alınması 36 354,63 min manat və ya 1,8 faiz təşkil edib.
2008-ci ildə dövlət vəasiti hesabına 236 632,32 min manat məbləğində ərzaq məhsulları alınıb.
Əşya-əmlak, yumşaq və bərk invertarlar 92 070 min manat məbləğində, bunlardan 43 954 min manat məbləğində geyim, 5 383 min manat məbləğində yumşaq inventar, yataq dəstləri, 20 531 min manat məbləğində bərk inventarlar alınıb.
«Digər avadanlıqlar»…
Burada diqqət çəkən məqamlardan biri isə digər əşyalar adı altında 22 225 min manat məbləğində vəsait xərclənib. «Digər avadanlıq» adı altında olan bu bölümdə onun strukturu, çəkilən xərcin hesabatı göstərilməyib. Halbuki, invertar və avadanlıqlarla bağlı xərclərin strukturununu 40-50 faizi məhz «digər avadanlıqlar» bölməsi tutur.
Sirr saxlanılan tenderlər…
2007-2008-ci illər üçün Dünya Bankının Orta Asiya və Qafqaz regionunda korrupsiyanın vəziyyətinə dair hesabatında da Azərbaycan üçün xarakterik olan korrupsiya elementləri sırasında məhv dövlət satınalmalarının ilk yerlərdə olduğunu göstərilir. Bu elementlər sırasında dövlət satınalmalarında baş verən saxtakarlıq, gizli sövdələşmələr, şişirdilmiş qiymətlər ilk pillələrdə yer alırdı.
Qeyri-hökumət təşkilatlarının apardığı monitorinqlərə görə, bununla bağlı keçirilən müsabiqələrin 98 faizi qeyri-şəffaf olur. Tenderlər rəsmi şəkildə elan olunmasına baxmayaraq, təşkilatçılar onun şəffaf keçirilməsində maraqlı deyillər. Xüsusilə dövlət satınlamalarını ərzaq və digər xərclər hissəsində şəffaflıq ümumiyyətlə, təmin olunmur. Ərzaq, əsasən, müdafiə xərcləri sırasında gedir. Güc struktrularının ərzaqla təminatı üçün tender keçirilsə də, buradakı proses hələ də müəmmlaı qalır. Hətta tenderi keçirən şirkətlərin adları belə «sirr» olaraq qalır. Halbuki, Müdafiə sahəsində dövlət satınlamaların payı birincidir. Burada dövlət büdcəsi hesabına aparılan əməliyyatlar ilk yerdədir. Belə ki, 2010-cu ilin büdcə layihəsində müdafiə xərcləri siyahısında 377 milyon manat təkcə bərk inventar və avadanlıqların, 35,7 milyon manat yumşaq inventarların və geyimlərin, 172,6 milyon manat isə ərzağın alınmasına yönəlir. Göründüyü kimi, bu sahədə aparılan əməliyyatlar 50 min manatdan yüksək olmasyına baxmayaraq, vəsaitlərin kimlər tərəfindən və necə həyata keçirilməsi məlum deyil.
300 manatlıq kompüterlər 600 manat necə qalxıb?
Dövlət vəsaiti hesabına alınan avadanlıqlara yönələn xərclərə görə Təhsil Nazirliyi də böyük paya malikdir. Konkret olaraq, apardığımız araşdırmalar zamanı təhsil sahəsində təkcə məktəblərin kompüterləşməsi proqramının həyata keçirilməsində dəhşətli korrupsiya faktlarına rast gəldik.
Belə ki, «Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının» icrası ilə əlaqədar 2007-ci ildə ayrılan 30 milyon manatın heç üçdə bir hissəsi buna xərclənməyib.
Təhsil Nazirliyinin məlmuatına əsaslansaq, proqram çərçivəsində alınmış kompüterlərin hər birinə orta hesabla 655 manat ödənib. «KÜR» firmasına məxsus kompüterlərin bazarda real qiymətləri ilə bu qiymət arasında 2 dəfə fərq var. «KÜR»ün satış mərkəzlərində olan eyni parametrli kompüterlərin qiyməti 260 və 320 manat göstərilir. Göründüyü kimi, nazirlik kompüterləri MMC-dən normal satış qiymətindən 2-3 dəfə baha qiymətə alıb.
Bu qədər qiymət fərqinin arxasında isə yalnız və yalnız vəsaitləri mənimsəmək niyyəti - korrupsiya dura bilər.
Bundan əlavə, bu adıçəkilən firma keyfiyyət baxımından da yüksək deyil. «KÜR» adı kompüter olaraq proqramın icrasına başlanılana qədər məşhur deyildi. Belə olan halda, büdcədən kifayət qədər böyük vəsait ayrılmış proqram çərçivəsində satınalmaları məhz bu müəssisəyə həvalə edilməsi müəmmalar doğurur. Bu məqamı araşdırarkən əldə etdiyimiz nəticələrə görə, proqramla bağlı satınalmalar prosesində qeyri-şəffaf və qeyri-obyektiv tender keçirib, tenderin qalibi olmuş «KÜR»ün prosesə qatılmaqla yanaşı, «qalib gəlməsi» də ciddi qanun pozuntuları ilə müşayiət olunub. Bir sözlə, maxinasiyalar elə tenderdən başlayıb. Əsk halda keyfiyyətsiz və iki qat baha olan kompüterlərə Təhsil Nazirliyi maraq göstərməzdilər. Həm də satınalmalar haqqında qanunu pozaraq. Burada qazanan tək Təhsil Nazirliyi deyil, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Çünki araşdırmalarımaza görə «KÜR»-ün satınalmalarla bağlı tenderin qalibi olmasının əsl səbəbləri onun dolayısı ilə proqramın əsas icraçılarından olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin himayəsi altında olmasıdır. 2007-ci ildə baş tutan tenderdə «KÜR»lə yanaşı, «Ultra Computers» firması, «SİNAM» MMC, «Rover Tech» MMC və «Security sistems» firması iştirak edib. Naziriyin tenderdə «KÜR»-ə üstünlük verməsinin əsas səbəblərindən biri isə qurumun izahına görə, şirkətin 3 il zəmanət verməsi və bölgələrdə servis mərkəzlərinin olmasıdır. Ən maraqlısı isə tenderə qatılan «Ultra Computers» və «Rover Tech» diqqətdən kənarda qalmasıdır. Çünki bu şirkətlər həm əlverişli qiymətlər, həm də 3 il zəmanətlə keyfiyyətli məhsullar təklif edir.
Dövlət satınalmaları ilə bağı həyata keçirilən müsabiqələrin birinin araşdırılmasında bu qədər korrupsiya faktı aşkar olunursa, digər sahələrdə vəziyyət daha ağırdır.Çox maraqlıdır ki, tenderə tanınmış və həm də istehlak bazarında kifayət qədər əlverişli şərtlərlə biznesini davam etdirən HP təmsilçiləri ümumiyyətlə, qatılmayıblar.
Ekspert təklifi…
Multimediya Mərkəzinin direktoru Osman Gündüz bu sahədə xeyli maxinasiyaların olduğunu bildirdi. Uzun müddət dövlət qurumlarının informasiya resurslarının monitorinqini aparan Osman müəllimin fikrincə, nazirliklərin böyük əksəriyyəti tenderlərə aid informasiya açıqlamaqda xəsislik edir: «Biz bütün dövlət qurumlarının saytlarını monitorinqini həyata keçiririk. Artıq bu layihəni 3 ildir ki, davam etdiririk. Bunun bir metodologiyasını müəyyənləşdirmişik. Həmin metodologiyanın bir bəndi məhz tenderlər, dövlət alqı-satqısı, müsabiqələrlə bağlıdır. Burada isə yalnız Təhsil Nazirliyi yox, nazirliklərin böyük əksəriyyəti bu cür informasiyaları ya öz saytlarına qoymurlar, ya da bunu çox xəsisliklə həyata keçirirlər. Təbii ki, Təhsil Nazirliyində də İKT ilə əlaqədar keçən dövlət proqramıyla bağlı informasiyalara az halda rast gəlirik. Biz dəfələrlə bu məsələləri qaldırmışıq. Düşünürəm ki, növbəti proqramda bunun bir nəticəsi olar».
O.Gündüz dövlət satınalma müqavilələri üzrə ödənişlərə maliyyə orqanlarının nəzarətinin artırılmasının vacib sayır: «Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq məqsədi ilə şikayətlərin təxirə salınmadan baxılması üçün müvafiq tədbirlərin həyata keçirilməlidir. Aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanları məlumatlandırılmalıdır. Bu sahədə keçirilən müsabiqələrdə iddiaçıların geniş cəlb olunmasını və müsabiqələrin nəticələri haqqında məlumatların dərc olunması üçün internet imkanlarından istifadə etmək lazımdır. Tenderin ən geniş yayılmış üsullarından biri elektron dövlət satınalmalarının təşkil edilməsidir. Azərbaycanda bu sahə inkişaf etməyib. Hətta demək olar ki, yoxdur. Şəffalığın artırılması üçün İnternet resursları ən vacib məsələlərdəndir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri