.EU zonasında kiril əlifbalı domenlərin qeydiyyatına icazə verilib

05-01-2010 / 12:49

Avropa Komissiyasının rəsmi nümayəndəsi Martin Zelmayer bildirib ki, Avropa İttifaqı rus ünvanlı internet-saytları .EU ümumavropa domenində qeydiyyatdan keçirməyə icazə verib.

Xeberler.az-ın verdiyi məlumata görə, artıq .EU domenində saytları qeydiyyatdan keçirmək üçün kiril və yunan əlifbası hərflərindən istifadə etmək mümkün olacaq. Kiril əlifbalı domenlərin .EU zonasında qeydiyyatına yaxın vaxtlarda başlanılacaq.

Hazırda isə kiril əlifbalı domenləri .NET, .COM və .SU zonalarında qeydiyyatdan keçirmək olar, .EU zonasında isə hələlik latın əlifbasından olan hərfləri və rəqəmləri qeydiyyatdan keçirmək olar.

Xatırladaq ki, 2009-cu ilin ilin oktyabr ayının sonunda ICANN təşkilatı milli dillərdə yuxarı dərəcəli domen adlarının tətbiqi üzrə sürətli proseduru təsdiq etmişdi.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə