Cari ilin iyun ayından etibarən dövlət internet-provayderləri olan "Aztelekom" və "Bakinternet" genişzolaqlı internet tariflərini (ADSL) 40%-ə qədər endirdilər.Bundan sonra 256 Kbit/s-dən 8192 Kbit/s-dək internetə qoşulma tarifləri 10-140 manat arasında dəyişəcək.
Turana-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən verilən məlumata əsasən bu daxili resurslar hesabına atılmış bir addım idi.
Azərbaycanda özəl provayderlər dövlət provayderlərindən yalnız bir müddət sonra internet tariflərində dəyişiklik edirlər. Bu da ondan irəli gəlir ki, özəl provayderlərin məxarici dövlət provayderlərinə nisbətdə qat-qat çoxdur.Belə ki, özəl provayderlər RİTN-ə məxsus bir sıra resurslardan,o cümlədən, ATS xidmətindən istifadə üçün müəyyən məbləğ ödəyirlər.
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyir ki; " Əslində provayder hər abonentə görə bir ay müddətində, ATS xidmətindən 2 manat civarında istifadə edir,lakin real vəziyyətdə isə 8 manat ödmək məcburiyyətindədir.Bundan əlavə özəl provayderdən 1km kabelin çəkilişinə RİTN Tarif Şurası ilə heç bir razılaşma olmadan 100 manat pul tələb edir.Buradan da açıq-aşkar görünür, ki, hələ ki,özəl provayderlərin maddi durumu qiymət endirimi üçün şərait yaratmır və RİTN-in yaratdığı maneələr nəticəsində bu vəziyyət bir xeyli davam edəcək."
Ekspertlərin fikrincə internet tariflərinin endirilməsi heç də internetdən istifadənin keyfiyyətinə zəmin yaratmır.Əksinə bu cür "endirim"lər nəticəsində istifadəçi ilə provayder arasında bağlanan müqavilə kobud şəkildə pozulur.Çünki istifadəçi müqavilədə göstərilən sürəti əldə edə bilmir. // xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri