Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

17-07-2010 / 09:36

Bakcell Rabitə və İnformasiya Nazirliyinə 3G standartında xiidmətlərin göstərilməsi üzrə lisenziyanın alınması üçün müraciət edib. Bu barədə şirkətin baş direktoru İnekke Botter bildirib.

Botterin sözlərinə görə, hazırda şirkət nazirlikdən müsbət cavab gözləyir. Müsbət cavabın alınması abonentlər üçün bu xidmətin tətbiqinə zəmin yaradacaq.
Lisenziyanın hökumət tərəfindən müəyyənləşdirilən rəsmi dəyəri 11 min manat təşkil edir.

Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru - Bakcell, Azercell və Azerfon fəaliyyət göstərir. İndiyədək 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir.

Lisenziya alan operatorlar infrastruktura xeyli vəsait qoymalı olacaqlar. Onlar bütün şəbəkə avadanlığını, kommutatorları və baza stansiyalarını modernləşdirməlidirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə