"Azerfon" jurnalistləri mükafatlandırdı

24-07-2010 / 02:07

Azərbaycan Milli mətbuatının 135 illik yubileyi ilə bağlı "Azerfon" MMC-nin dəstəyi ilə "Heç olmaz ki, doğru söz yerdə qalsın" şüarı altında keçirilən "Media açarı - 2010" mükafatının təltif edilmə mərasimi olub.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində yenilikləri peşəkarcasına işıqlandırdığına görə "Azerfon" bir qrup jurnalisti  xüsusi mükafatlarla təltif edib.

Mükafatlandırma mərasimində çıxış edən "Azerfon"un Korporotiv Ünsiyyət Departamentinin rəhbəri Elşad Fərzəliyev jurnalistləri bir daha Milli mətbuat günü münasibətilə təbrik edib.

Fərzəliyev deyib :  "Müasir dövrdə informasiyaya malik olmaq böyük əhəmiyyət kəsb edir. Məlumatların geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasında isə jurnalistlərin əvəzsiz rolu var. "Azerfon" şirkətinin təqdim etdiyi məhsul və xidmətlərə olan böyük marağa və mütəmadi olaraq onların işıqlandırılmasına görə jurnalistlərə çox minnətdarıq."

"Azerfon" MMC-nin təltif etdiyi jurnalistlər "Trend" İnformasiya Agentliyindən Hüseyn Vəliyev, ANS telekanalından Rüfət Şabanov və "Xalq qəzeti"ndən Qabil Əliyev şirkət tərəfindən xüsusi hədiyyələr alıblar.   

Mənbə: trend.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə