Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyi birgə seminar keçirəcək

17-12-2010 / 12:23
Qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılması müzakirə olunacaq Dekabrın 17-19-da Bakıda Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində seminarlar başlayıb. Üçgünlük tədbir dekabrın 17-də saat 10:00-da İctimai Televiziya və Radio Yayımları Şirkətində açılış mərasimi ilə başlayıb. Seminardan məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək verməkdən, mövcud sahədəki bəzi neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. Seminarda Bakıda və regionlarda fəaliyyət göstərən teleradio kanallarının əməkdaşları iştirak ediblər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə