“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu" adlı panel müzakirə keçirilib

11-11-2024 / 14:02

Noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü” mövzusunda panel müzakirə keçirilib.

Xeberler.az məlumat verir ki, paneldə çıxış edən BMT-nin Təlim və Tədqiqat İnstitutunun İnsanlarla iş üzrə şöbəsinin müdir müavini Ebru Canan-Sokullu son illərdə bir çox ali təhsil müəssisələrinin davamlılıq və iqlim dəyişiklikləri ilə əlaqəli təhsil proqramlarını tədris planlarına əlavə etdiklərini söyləyib. O bildirib ki, universitetlərdə iqlim dəyişiklikləri ilə bağlı elmi araşdırmalar aparılır: “Burada gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, yeni nəsil iqlim dəyişikliyi məsələlərinin həllində önəmli rol oynayacaq”.

Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu hesab edir ki, universitetlər növbəti nəsillərin iqlim məsələləri barəsində maarifləndirilməsinə töhfə verəcək. O bildirib ki, ali məktəblər bu mövzu ilə bağlı təcrübə və məlumatlarını artırmalıdırlar: “İqlim dəyişiklikləri ilə bağlı mütəmadi olaraq keçirdiyimiz seminarlara tələbələrlə yanaşı, vətəndaşlar da gələ bilir. Universitetlər tələbələri təşəbbüslərində dəstəkləməlidir. Davamlı ekoloji kampusların qurulması hədəfimiz olmalıdır”.

Hindistanın “GEDU Global Education” xidmətinin baş icraçı direktoru Vişvadjit Rana COP29-un enerji keçidi olduğunu vurğulayıb. O bildirib ki, yaşadığı yerdən asılı olmayaraq hər kəs yeni texnologiyalardan istifadə edərək daha dayanıqlı gələcəyə istiqamət götürə bilər.

Sonda universitetlər arası əməkdaşlıq məsələləri müzakirə olunub, suallar cavablandırılıb.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə