Dünya təcrübəsində peşəkar İT mütəxəssislərinin ştatda saxlanması əvəzinə bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə etmək məsələsi geniş yayılıb.
Xəbərlər-in verdiyi məlumata görə, Autsoursinqin aktiv şəklidə inkişaf etməyi şirkətlərə büdcə qənaətində və yerinə yetirdikləri işlərin keyfiyyətində çox böyük üstünlüklər verir. İT-autsoursinqin aktuallaşması həm də sürətlə inkişaf edən yeni texnologiyaların şirkətlərdə tətbiqi zərurəti ilə də əlaqəlidir. Müasir iş üslubu ilə işləyən şirkətlər özü də özək ştat strukturuna malik olmaqla bu və ya digər sahələr üzrə autsoursiqdən tam və ya qısmən istifadə edirlər.
İT-autsoursinq istiqamətləri:
-İT-infrastruktura xidmət göstərilməsi;
-İT-sistemlərin layihələndirilməsi və yaradılması;
- İT-sistemlərin inkişaf etdirlməsi və onlara dəstək.
İT-autsoursinq üstünlükləri:
- İT-xərclərinin azaldılması;
- İşdə məhsuldarlığın artırılması və sabitliyin qorunması;
- Mütəxəssislərin peşəkarlığı;
- İT-xidmətlərin keyfiyyətliliyi;
- İT-autsoursinq xidməti göstərən şirkətin müqavilədən irəli gələn məsuliyyəti.
5 ilə yaxın bir müddətdə İT sferasında fəaliyyət göstərən E-Systems şirkəti də İT-Autsorsinq xidmətlərini göstərir. Azərbaycanda bir neçə şirkət və təkilatla bu sahədə əlaqələrinin olduğunu deyən Əli Kərim özlərinin də bir çox şirkətlərin autsorsinq xidmətindən istifadə etdiklərini açıqladı. Şirkət və xidmətləri ilə bağlı ətraflı məlumatı e-systems.az saytından əldə edə bilərsiniz.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri