2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir. Proqram çərçivəsində jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur.
Bu il ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub və onlayn medianın inkişafı istiqamətində tədbirlər də nəzərdə tutulub. Bunu nəzərə alaraq Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi həyata keçirilir və “Onlayn Media” müsabiqəsi təşkil olunur.
Nar Mobile-in Baş sponsorluğu ilə keçirilən Layihənin məqsədi ölkədə onlayn media infrastruktutunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşakarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.
Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq. Bir həftə davam edən Təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.
Layihə çərçivəsində həmçinin Onlayn Media Müsabiqəsinin keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
Onlayn Media Müsabiqəsinə İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min müxtəlif sahələrdə tətbiqinə aid, elektron hökumət quruculuğu ilə bağlı onlayn media subyektlərində dərc olunan yazılar təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız #ehokumət və #etehsil həştəqləri ilə yazılacaq.
Onlayn media Müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Nar Mobile – in dəstəyi ilə həyata keçirilir. (www.telim.org)