“Onlayn Media” Müsabiqəsində yazıların qəbul müddəti uzadılıb

13-11-2013 / 15:44
Multimedia Mərkəzi bildirir ki, jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan  “Onlayn Media” Müsabiqəsində yazıların qəbul müddəti uzadılıb. Mwsabiqə yazılarının  və Müsabiqə mövzusu üzrə Tvitter şəbəkəsi vasitəsilə yayılan tvitlərin son qəbul müddəti 01 dekabr tarixi müəyyən olunub.


Beləliklə, Onlayn Media Müsabiqəsinə  15 sentyabr 2013-cü ildən  01 dekabr 2013-cü il  tarixədək dərc edilən materiallar qəbul olunur. Artıq məlumat verildiyi kimi yazıların həcmi 5  min işarədən çox olmamalıdır. Müsabiqəyə təqdim olunan materialın orijinalı Azərbaycan dillində çap edilmiş olmalıdır. Müsabiqəyə bəlli mövzular üzrə  məqalələr təqdim oluna bilər. Təqdim olunan yazıların Onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar)  və s) dərc olunması vacibdir.


Müsabiqə çərçivəsində Tvitter mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da təşkil olunur. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin müəllifləri mikrobloqçulardır Müsabiqə çərçivəsində olan bu tip tvitlər 15 sentyabrdan 01 dekabr tarixədək  müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır.


Müsabiqə çərçivəsində yalnız tələbələr üçün Tvitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.
Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil,  distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini  Tvitter şəbəkəsində açıqlayırlar.  Bu cür tvitlər 15 sentyabrdan 01 dekabr tarixədək olan müddətdə   #etehsil həştəqi ilə yazılmalıdır.


Müsabiqəyə qəbul olunan yazıların və tvitlərin qiymətləndirilməsi prosesi Münsiflər tərəfindən dekabrın 1-ci həftəsi həyata keçiriləcək.


Qaliblərin və fərqlənənlərin mükafatlandırılmasından ibarət təqdimat mərasiminin  11 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.


Qaliblərə qiymətli hədiyyələr (planşetlər, smartfonlar, netbuklar və s.) təqdim olunacaq.


Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.


Geniş məlumat:  www.telim.org

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə