“Android” və “iOS” platformaları üçün populyar proqramların 78%-nə müdaxilə edilib

13-12-2013 / 11:35
Cinayətkarlar “Android” və “iOS” üçün populyar ödənişli tətbiqlərin 78%-nə müdaxilə ediblər. Bu haqda “Arxan Technologies” şirkətinin yeni tədqiqatına istinadən “The Telegraph” nəşri yazıb.
Analitiklərin gəldiyi nəticəyə əsasən, hakerlər “Android” üçün ödənişli top-100 proqramların 100%-nə və “iOS” üçün ödənişli top-100 proqramların 56%-nə giriş əldə etməyə müvəffəq olublar.
Bu göstəricilərin son dərəcə yüksək olmasına baxmayaraq, ekspertlər 2012-ci illə müqayisədə haker hücumlarının səviyyəsinin 36% azalmasını bildiriblər.
Cinayətkarlar ödənişsiz tətbiqlərə müdaxiləyə davam edirlər. Analitiklərin fikrincə, 2013-cü ildə hakerlər “Android” proqramların 73%-nə və “iOS”-da isə 53%-nə giriş əldə ediblər.
(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə