Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014 / 12:02

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün  7 iyun tarixdə  YT Parkda xüsusi Təlimlər təşkil olunacaq.  

Təlimdə startup komandaları üçün  biznes-planların yazılması, onların İnvestorlar üçün  təqdimatlar hazırlaması,  komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi  sahəsində  bilik və bacarıqlar əldə edəcəklər.  

Artıq Təlim Proqramının ilkin versiyası hazırlanıb.

Təlim prosesində beynəlxalq ekspert Paul Warren və yerli ekspertlər iştirak edəcək.

Təlimlərdən sonra 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq  yarımfinala çıxan startuplar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə təqdim edəcəklər.  2-ci mərhələ səsvermədə startupların Ekspertlər qarşısında öz layihələri ilə bağlı Təqdimatlarla çıxış etmələri nəzərdə tutulub.

Ekspertlər startupların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında Startup Azərbaycanın Finalçılarını müəyyən edəcəklər.

Startup Azərbaycan tədbirlərinin yekununda Finalçıların İnvestorlarla qapalı görüşləri təşkil olunacaq.

Ənənəvi  Startup Azərbaycan Milli Konfransının və Startup Azərbaycan Yekun Təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 

Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə