Nazir Əli Abbasov rabitə sahəsində vacib sənəd imzaladı

21-12-2014 / 17:06

Azərbaycan və İranın poçt operatorları sərhədyanı zonalarda sahibkarlıq subyektlərinə xidmətlər göstərəcəklər.

Bunu trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, iki ölkənin poçt operatorları arasında əməkdaşlığın genişləndirilməsi İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində noyabrda imzalanmış anlaşma memorandumunda qeyd edilib.

Sənədi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Sənədi dövlət başçısı dekabrın ortalarında təsdiq edib.

Poçt rabitəsi sahəsində əməkdaşlıq çərçivəsində poçt markalarının birgə buraxılması, sərhədyanı ərazilərdə poçt xidmətlətinin təşkili və sahibkarlıq subyektlərinə poçt rabitəsi xidmətinin göstərilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə