.az zonasında olan milli domen adlarının qısa vaxt ərzində, çox asanlıqla əldə edilməsi üçün fəaliyyətə başlayan Onlayn qeydiyyat sistemi - Online.az xidməti tam gücü ilə işləmir.
Xeberler.az-ın əldə etdiyi məlumata görə, hazırda saytda domenlərin onlayn qeydiyyatı üçün ödəniş bölməsi istifadəçilərin üzünə qapalıdır.
Xidmətin özü onlayn olsa da, amma alışı, ödənişi offlayn şəkildə fəaliyyət göstərir.
Belə ki, istifadəçilər “.az” zonasında onlayn şəkildə ölkənin istənilən yerindən milli domen adın qeydiyyatı imkanından istifadə edə bilmir.
Məsələylə bağlı Sahil-İT şirkətinin rəhbəri, ekspert Vahid Qasımov Xeberler.az-a bildirib ki, Online.az saytı hətta işlədiyi vaxtlarda belə istifadəçiləri bu problemlərlə üz-üzə qoyurdu. O, vurğulayıb ki, istifadəçilər onlayln qeydiyyat zamanı ödənişi oflayn formada edirdilər.
Vahid Qasımovun sözlərinə görə, domen istifadəçisi ödəniş üçün ofisə getməlidirsə, onda onlayn sistemin heç bir faydası yoxdur: “Onlayn ödəniş olmadıqdan sonra, offlayn sistemin ümidinə qalırıq. Bu zaman Online.az saytının heç bir funksionallığı olmur. Əgər ödəniş üçün mən ofisə getməliyəmsə, onda onlayn sistemin heç bir faydası yoxdur”.
Ekspert online.az saytında qeydiyyat sistemində ödəniş bölməsinin işləməməsini mənfi hal kimi qiymətləndirib: “Qarşıdan Yeni il həftəsi gəlir və bir həftəyə yaxın heç bir müəssisə işləməyəcək. Beləliklə, onlayn ödəniş olunsa belə, bu bir həftə ərzində onu heç kim təsdiqləməyəcək. Və “.az” zonasında olan domenlər qeydiyyata alınmayacaq və yenilənməyəcək. Vaxtı bitən domenləri isə aktiv etmək mümkün olmayacaq. Ona görə də, online.az saytında domenlərin onlayn qeydiyyat sistemində onlayn ödəniş bölməsinin işləməməsi mənfi hal kimi qiymətləndirirəm”.
Məsələylə bağlı Online.az - Onlayn qeydiyyat sisteminin rəhbərliyindən Xeberler.az-a bildirib ki, hazırda saytın qeydiyyat sistemindəki problemin aradan qaldırılması üçün işlər görülür: “Saytdakı problem tezliklə aradan qaldırılacaq. Domen istifadəçiləri ödənişi onlayn şəkildə həyata keçirə biləcəklər”.
Online.az saytı .az ölkə kodlu domen adların domen adların onlayn qeydiyyatı .az domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tətbiq edilir.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri