Telefon bazarına daxil olan və LasVegasda təşkil edilən CES 2015 tədbirində Kodak şirkəti IM5 telefon modelini təqdim edib.
Fotoşəkil həvəskarlarının seçdiyi markalardan biri olan Kodak telefon istifadəçilərinin də üzünü güldürməyi bacarıb. Qısa bir müddət əvvəl Kodak-ın android əməliyyat sistemli bir telefon üzərində çalışması ilə bağlı yayılan xəbərlər 6-9 yanvar arasında LasVegasda təşkil edilən CES 2015 tədbirində reallaşıb. Kodak IM5 ilə ziyarətçilərinin diqqətini çəkməyi bacarıb.
4 nüvəli MediaTek prosessorun istifadə edildiyi Kodak IM5 120 qram ağırlığındadır və Android 4.4.2 KitKat əməliyyat sisteminə malikdir.
Kodak tərəfindən IM5-ə xüsusi olaraq hazırlanmış interfeys 13 MP OIS arxa və 5 MP ön kamera ilə dəstəklənib. 2015-ci ilin ilk rübündə satışa təqdim ediləcəyi elan olunan ağıllı telefonun qiyməti 299 dollar olacaq.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri