Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018 / 10:22

Xeberler.az bildirir ki, Kaspersky Lab-ın məlumatına əsasən, Azərbaycan istifadəçilərinin təxminən üçündən ikisi internetdə müxtəlif təhlükələrlə qarşılaşır. Bu göstərici, demək olar ki, son 18 ay ərzində dəyişməz qalıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Lakin, Kaspersky Lab-ın analitikləri ölkədə mobil zərərvericilər tərəfində yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda Android istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb.

2018-ci ilin birinci yarısında Android platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb.

“Bu gün kibertəhdidlərin müxtəlifliyi o qədər çoxalıb ki, onlara qarşı keyfiyyətli müdafiə həm vacib, həm də mühüm əhəmiyyət kəsb edir. Smartfon və kompüterlərimizdə dəyərli kontaktlar, əziz xatirələr qorunur, internet-brauzerlər bizim parol və bank kartlarımızın məlumatını yaddaşda saxlayırlar. Biz avadanlıqlarımıza həddindən çox etibar edirik ki, onları əsassız risklərə məruz buraxaq”, - deyə Kaspersky Lab-ın Azərbaycanda regional nümayəndəsi Müşviq
Məmmədov bildirib.

Kaspersky Internet Security etibarlı kompleks həlli istənilən kibertəhlükənin öhdəsindən gəlməyə kömək edəcək. Bu məhsul bütün növ zərərli proqramları və cinayətkarların taktiki hiylələrini müəyyən edir və bloklayır, daxilində mövcud olan xüsusi modullar isə daha vacib məlumatı müdafiə etməyə imkan verir. Məsələn, Təhlükəsiz ödənişlər komponenti vasitəsilə heç bir şeydən qorxmadan internetdə tranzaksiyalar həyata keçirmək, təhlükəsiz alış-veriş etmək və hesablar arasında pul köçürmələrini etmək mümkündür. Antifişinq sistemi isə fırıldaqçı təkliflərdən və saxta veb-səhifələrdən sizi xilas etməyə zəmanət verir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.