Dünyada İT məhsullarının 33 aizi internet üzərindən satılır

04-09-2018 / 17:56

GfK şirkətinin araşdırmasına görə, 2018-ci ilin birinci yarısında dünyada İT məhsullarının 33%-i internet üzərindən satılıb.

Xeberler.az  ICTnews Elektron Xəbər Xidmətinə istinadən yazır ki, Avropa bazarında texnologiya məhsulları satışının 25%-i elektron ticarətin payına düşür.
 
Asiya-Sakit okean regionu ölkələri, ilk növbədə Çin (bu ölkənin elektron ticarət bazarında 23% artım qeydə alınıb) qlobal onlayn satış həcminin artımına böyük töhfə veriblər. 2018-ci ilin birinci yarısında Çində texnologiya məhsullarının onlayn satış payı 30%-i ötüb.
 
İnternetin nüfuzetmə səviyyəsi 80%-dən yuxarı olan ABŞ və Avropadan fərqli olaraq, Çində bu göstərici xeyli aşağıdır, çünki ölkə əhalisinin çox hissəsi kənd yerində yaşayır.
 
Bununla belə, Çinin infrastrukturuna yatırılan investisiyalar internetdən istifadənin artımı üçün təməl hazırlayır ki, bu da öz növbəsində, onlayn satışların artmasına imkan yaradacaq.
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə