İT mütəxəssislər üçün iş yerləri

05-09-2015 / 14:45

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Qeyd edək ki, Xeberler.az ötən vakansiyanı avqustun 29-da təqdim etmişdi.

Bastion Outsourced IT Management şirkəti 25-45 yaşlarında, natamam ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri İT mütəxəssis vəzifəsinə işə dəvət edir.
Şirkət namizəddən helpdesk, kompüterlərin təmiri, optimizasiyası, Microsoft Outlook programını kökləməkdə təcrübə, lokal şəbəkə sahəsində təcrübə, Microsoft Windows Server 2003/2008/2012, Active Directory, Firewall, Proxy server, Mail server, TCP/IP, DNS, DHCP, NAT, modem, routerlərin və şəbəkə switch-lərin qurulması, port forwarding, şəbəkə kabellərin çəkilməsi və rozetkaların yığılmasında təcrübə, smartfonlarda emaillərin qurulması və s. DVR, NVR, PTZ, analoq, İP müşahidə kameralarının quraşdırılması və kökləməsində təcrübə tələb edir. Əmək haqqı 600-700 AZN-dir. Əlaqədar şəxs Elçin Calamlov
Telefon: (012) 564-41-57
E-mail : office@bastion.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Engin LTD 23-40 yaşlarında, ali təhsilli, rus və ingillis dil bilikləri olan şəxsləri 1C proqramçı kimi işə dəvət edir. Şirkət namizəddən proqramlaşdırma sahəsində 1 illik təcrübə, SQL bilmək tələb olunur. Əmək haqqı yüksəkdir.
CV göndərərkən mövzu hissəsinə 1C mütəxəssisi qeyd etməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

TBC Kredit İT texnik vakansiyası elan edir. Şirkət namizəddən müvafiq sahə üzrə 2 illik təcrübə, Windows OS ailə, MS Office, şəbəkə protokolları,VPN, antivirus, ofis və uzaqdan idarəetmə proqramlarını bilmək, rus və ingilis dil bilikləri tələb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Asan İmza (Mobil İmza) İT sahəsində biznes analitik kimi yüksək ixtisaslı namizədləri əməkdaşlığa dəvət edir.
Qurum bildirir ki, ali texniki təhsilli, rus və ingilis dili bilikləri olan, ofis proqramları, verilənlər bazası və PT-nin əsaslarını bilən şəxslər müraciət edə bilər.
Namizədlərdən CV-lərini m.f.saadet@gmail.com ünvanına göndərmək xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Kapital Bank İnformasiya Texnologiyaları departamentinin terminal şəbəkəsinə texniki dəstək mühəndisi vakansiyasını elan edir.
Şirkət namizəddən ali texniki təhsil, ОС MS Windows (quraşdırılma və tənzimlənmə) sisteminə və ofis proqramlarına dərindən bələdlik, Wincor-Nixdorf bankomatlarının və SAGA ödəniş terminallarının müxtəlif modelləri ilə iş təcrübəsi, loq-faylların təhlili təcrübəsi, texnika ilə iş səriştəsi (mühəndis səviyyəsində), şəbəkə abadanlıqları, texnologiyanın əsasları, interfeyslər, protokollar, kommunikasiya tipləri və məlumatların ötürülməsi ilə bağlı biliklər, mükəmməl Azərbaycan, rus  və istifadə səviyyəsində ingilis dili biliyi tələb edir.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.