Microsoft korporasiyası Windows 7 əməliyyat sisteminin istifadəçiləri üçün İnternet Explorer brauzerinin 10-cu versiyasını çıxarıb.
Sabah Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" Platformasının "Dövlət idarəçiliyi sahəsində islahatlar" paneli çərçivəsində "E-qəbul sistemləri və digər e-hökumət alətləri" mövzusunda seminar təşkil edəcək.
2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib.
“Elektron hökumət layihəsi uğursuz oldu”
Azərbaycanın ali və orta ixtisas məktəblərində informasiya - kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı hələ də mərkəzlə bölgələrin müqayisəsində mühüm problemlərin olduğunu açıqlanıb. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya açıqlamasında deyib ki, “mərkəz və region” problemi yalnız Azərbaycanda deyil, dünyanın digər dövlətlərində, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində də var.
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib.
Avropa İttifaqı beşinci nəsil şəbəkə standartının işlənib hazırlanamsına 50 milyon avro ayırıb. Bu barədə Avropa İttifaqının rəqəmli proqramlar üzrə səlahiyyətli nümayəndəsi Neeli Krus bildirib.
Azərbaycanın qeyri-neft ixracının artırılması üçün Asiya regionu əlverişli və geniş bazardır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Bakıda işə başlayan «Azərbaycan-Yaponiya kosmik sektor seminarı»nda bildirib.
Fəaliyyətini getdikcə təkmilləşdirən Təhsil Nazirliyinin (TN) Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi (TİMS) növbəti yenilik üzərində işləyir. Yeniliyin tətbiqi növbəti tədris ilindən nəzərdə tutulur. Belə ki, hər dərs ilinin əvvəlində nazirliyə ümumtəhsil müəssisələri tərəfindən əsas statistik məlumatları əks etdirən "Məktəb hesabatları" təqdim edilir.
TQDK Ödəmə kartları - mobil xatırlatma xidmətini istifadəyə verdi.
Azərbaycanın orta məktəblərində mobil telefonlara qadağa qoyulması üçün xüsusi qanunun qəbuluna ehtiyac yoxdur. Bunu APA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.
“Raytheon” şirkəti Facebook, Foursquare və Twitter vasitəsilə vətəndaşları izləmək məqsədilə RIOT adlı proqram hazırlamışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və birgə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə həyata keçirilən layihələrdən söz açıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərin əhəmiyyətinə toxunan Misir Mərdanov mövcud əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Velocity Micro şirkəti Windows 8 Pro Əməliyyat Sistemində işləyən ev üçün Raptor MultiPlex media-mərkəzini təqdim edib.
Mobil cihazların qeydiyyat sistemi (MCQS) istehlakçıların maraqlarının qorunmasına yönəldilib.
Ümumtəhsil məktəblərinin müəllimləri üçün Azərbaycan dilində İnformatika dərslikləri əsasında videodərslərin hazırlanmasını nəzərdə tutan müsabiqə başlayır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “ http://www.informatik.az/” saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda dünyanın ən böyük elmi bazalarından olan Elseiver-in Türkiyə, İran və Orta Asiya ölkələri üzrə regional direktoru Tayfun Basal və meneceri Ayhan Saracoğlu ilə görüş keçirildi. ict.az-ın verdiyi məlumata görə məqsəd Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkili və əməkdaşlıq əlaqələrinin müzakirəsi idi.
Xorvatiyanın 1995-ci ildən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "B4B" şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları